Müharibə

MN: “Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması davam edir” – VİDEO

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Şuşa-Laçın yoluna alternativ torpaq yollardan istifadə etməklə Ermənistandan hərbi yükdaşımaları davam etdirir. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyri-qanuni erməni silahlı dəstələri gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə döyüş mövqelərinə canlı qüvvə, silah-sursat, mina, eləcə də yanacaq, su, […]

Cəmiyyət

Ləkidə baş verən qəzada bir ailənin beş üzvü xəsarət aldı

Ağdaşın Ləki qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə nəticəsində bir ailənin 5 üzvü – 1998-ci il təvəllüdlü Məmmədyarova Reyhan Süleyman qızı, 2021-ci il təvəllüdlü Məmmədyarova Yağmur Həsrət qızı, 1953-cü il təvəllüdlü Məmmədyarova Zemfira Telli qızı, 2009-cu il təvəllüdlü İsmiyeva Sevinc Əhməd qızı, 2017-ci il təvəllüdlü Məmmədyarov Oktay Həsrət oğlu müxtəlif dərəcəli bədən […]

İdman

“Barselona”nın apellyasiya şikayəti təmin olunmadı

Barselona Kommersiya Məhkəməsi “Barselona”nın yarımmüdafiəçisi Qavinin yeni müqaviləsinin qeydiyyatının ləğvi qərarından verdiyi apellyasiya şikayətini təmin etməyib. Martın 21-də məhkəmə futbolçunun Kataloniya klubunun gənclər komandasının oyunçusu kimi qeydiyyatdan keçməli olduğu ilə bağlı daha əvvəl verilmiş qərarı qüvvədə saxlayıb. Apellyasiya şikayətinin rədd edilməsinə səbəb klubun iddianı göstərilən müddətdən sonra qaldırmasıdır. Şikayət martın 1-nə qədər verilə bilərdi, “Barsa” […]

Mədəniyyət

Bakıda memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alındı – FOTO

Bakıda memarlıq abidəsində qanunsuz müdaxilənin qarşısı alınıb. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsində (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb. Qeyd edilib ki, […]

Cəmiyyət

1892-ci ildə Əlican və Vəlican qardaşlarının tikdirdiyi hamamdan FOTOREPORTAJ

Məşədi Vəlican tərəfindən 1892-ci ildə tikilən Əlican və Vəlican hamamının hazırda dörd günbəzindən ikisi qalıb. Hamam Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşir və hazırda istifadə olunmur. Hamanın Günbəzlərində kiçik pəncərələr (nəfəslik) var. Hamam dördbucaqlı formaya malikdir. Günbəzlə birlikdə hündürlüyü təxminən 5 metrdir. PhotoStock.az-ın sözügedən hamamdan hazırladığı fotoreportajı təqdim edirik: Daha çox şəkil burada: PhotoStock.az Xeberal.az

Cəmiyyət

MN ermənilərin növbəti təxribatı ilə bağlı xəbərdarlıq etdi – Xəbərlərin 20:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng etdi. Telefon danışığı zamanı nələr müzakirə olundu? Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması davam edir. Müdafiə Nazirliyi ermənilərin növbəti təxribatı ilə bağlı xəbərdarlıq etdi. Nizamini farslaşdırmağa çalışan çarəsiz İran. Rəsmi Tehrandan ölkəmizə qarşı növbəti təxribat. Daha ətraflı BAKU […]

Siyasət

Baku TV-dən əməkdaşının paylaşdığı videoya görə AÇIQLAMA

Baku TV-nin əməkdaşı Fərdin İsazadə tərəfindən sosial media hesablarında “NoyanTapan” “YouTube” kanalında yayımlanmış anti-Azərbaycan, antihumanist və yalan dolu məlumatları özündə əks etdirən videoçarxın paylaşılması tamamilə yumoristik xarakter daşıyır. Bu barədə Baku TV-nin bəyanatında bildirilib. Eyni zamanda, Baku TV redaksiyası etiraf edir ki, bizim jurnalistin dedikləri bəzi xarici qüvvələr tərəfindən yanlış şərh edilə bilərdi. Videoçarx isə özlüyündə […]

Mədəniyyət

Ağalıda keçirilən möhtəşəm Novruz konsertindən görüntülər – VİDEO

Azərbaycan Televiziyası Novruz bayramını Ağalı sakinləri ilə birgə qeyd edib. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, Ağalı sakinləri 30 il sonra Novruzu böyük coşqu ilə qeyd edib. Azərbaycan Televiziyası 44 Günlük Vətən müharibəsindən sonra bütün bayramları işğaldan azad edilən doğma şəhərlərimizdə keçirir. Bu mənada Zəngilanda təşkil olunan bayram […]

Cəmiyyət

Gədəbəydə bir ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Gədəbəydə 38 yaşlı kişinin meyiti tapılıb. Lent.az-ın xəbərinə görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb. Kənd ərazisində Mingəçevir şəhər sakini olan 1985-ci il təvəllüdlü Nahid Həsənovun meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə – Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, tüfeyli həyat tərzi yaşayan Nahid Həsənovun Slavyanka kəndi […]