Cəmiyyət

Qubada keçmiş polis əməkdaşının avtomobillə vurduğu kişi beş gün sonra öldü

Qubada sabiq polis əməkdaşının avtomobillə vurduğu 82 yaşlı kişi beş gün sonra ölüb. APA xəbər verir ki, hadisə Alekseyevka kəndi ərazisində baş verib. 1992-ci il təvəllüdlü, əvvəllər Quba RPŞ-nin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləmiş Heydərov Firuz Abdulla oğlu martın 15-də idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə 1941-ci il […]

Cəmiyyət

Yazda Kür çayının suyu artacaq? – AÇIQLAMA + VİDEO

“Yaz aylarında Kürün yenidən əvvəlki vəziyyətinə qayıtması mümkün ola bilər”. Xezerxeber.az-ın məlumatına görə, bunu ekoloq Rauf Sultanov bildirib. Qeyd edək ki, yazın gəlişi bəzi ekoloji problemləri də qabardır. Çünki əkinçiliyin başladığı dönəmdə suya olan tələbat artır. Lakin hazırda əkinlərin suvarılması üçün önəmli rol oynayan Kür çayı qurumağa davam edir. Mövzu ilə bağlı ekoloq R.Sultanov bildirib […]

Siyasət

Sülhməramlılar yenə də təxribatlara göz yumur – Xəbərlərin 23:00 buraxılışı

Baku TV-nin efirində xəbər vaxtıdır. Ermənilər Qarabağa qanunsuz hərbi yüklər daşımağa davam edir. Sülhməramlılar yenə də təxribatlara göz yumur. ABŞ dövlət katibinin köməkçisi Bakıya gəlir. Səfər zamanı hansı məsələlər müzakirəyə çıxarılacaq? Qardaş Türkiyədə seçki hazırlıqlarına başlanıldı. Rəcəb Tayyib Ərdoğan rəsmən namizədliyini irəli sürdü. Daha ətraflı BAKU NEWS-un 23:00 buraxılışında: Xeberal.az

Cəmiyyət

Azərbaycanda son sutkada 8 nəfər COVID-19-a yoluxub – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 829 279 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 858 nəfər müalicə olunaraq sağalıb, 10 153 nəfər vəfat edib, […]

Cəmiyyət

Daşınan yükün adı avtomobilin texniki pasportuna yazılmalıdır? – VİDEO

Yük daşımaq üçün nəzərdə tutulan avtomobilin sürücüsünə yol polisi cərimə yazıb. Xezerxeber.az-ın məlumatına görə, səbəb göstərib ki, daşıdığı yükün adı avtomobilin texniki pasportunda yoxdur. Hadisə paytaxt sakini Taleh Rüstəmovun başına gəlib. Sürücü bildirib ki, çörək sexlərindən birində müqavilə əsasında işləyir və öz kiçik tutumlu yük avtomobili ilə mağazalara çörək daşıyır. Sürücü iddia edir ki, səhər […]

Cəmiyyət

Şəmkir sakini kabab manqalında yandı

Şəmkirdə 30 yaşlı kişi yanıq xəsarəti alıb. APA-nın məlumatına görə, 1993-cü il təvəllüdlü Cavid Əliyev yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Qeyd edək ki, 30 yaşlı kişi kabab üçün manqal yandırarkən xəsarət alıb. Xeberal.az

İdman

İspaniya çempionatında yarımavtomatik ofsayd sistemi tətbiq oluna bilər

İspaniya La Liqasında ofsaydın yarımavtomatik aşkarlanması sisteminin istifadəsinə başlana bilər. Çempionat rəhbərliyi növbəti mövsümdən texnologiyanı tətbiq etmək üçün İspaniya Kral Futbol Federasiyası ilə işləyir. Hər bir stadionda oyunçuların meydançadakı yerini və hərəkətlərini qeyd edən 12 kamera olacaq. Hazırda ofsaydın yarımavtomatik aşkarlanması texnologiyası Avropa liqalarının yalnız birində – İtaliya A Seriyasında tətbiq edilir. Mənbə: “Cope” Xeberal.az

Siyasət

Nizamini farslaşdırmağa çalışan çarəsiz İrandan daha bir təxribat – VİDEO

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Novruz bayramı ilə bağlı qalmaqallı paylaşım edib. “Twitter” səhifəsində paylaşım edən nazir, təbrik mesajında dahi şairimiz Nizami Gəncəvini İran şair kimi təqdim edib. Vurğulayaq ki, bu İran rəsmilərinin səsləndirdikləri ilk sərsəm fikir deyil. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: Xeberal.az

Siyasət

Blinken Prezident İlham Əliyevə zəng edib – VİDEO

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. AZƏRTAC xəbər verir ki, telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, […]

Müharibə

MN: “Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir” – VİDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin bölmələri tərəfindən qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus təminat maşınlarının müşayiət edilməsi növbəti dəfə müşahidə olunub. Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib. Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli URAL və üzərində yanacaq çəni olan KamAZ […]