Dünya

Hindistanın San-Fransiskodakı konsulluğu dağıdıldı

Hindistanın ABŞ-nin San-Fransisko şəhərindəki konsulluğuna hücum olub. Aksiya qərbdəki Pəncab əyalətinin Hindistandan ayrılmasını və onun əsasında müstəqil Siqh əyaləti Xalistanın yaradılmasını müdafiə edən separatçılar tərəfindən həyata keçirilib. Məlumata görə, fəallar diplomatik qurumun ərazisinə soxulub, onun ərazisinə “Xalistan”ın bayraqlarını sancıb və konsulluq binasını dağıdıblar. ABŞ-dəki hind diasporunun nümayəndələri insidentlə bağlı hiddətləndiklərini bildiriblər. San-Fransisko polisi hələlik vəziyyəti […]

Dünya

Kanada məktəbində şagird üç nəfəri bıçaqladı

Kanadanın Halifaks şəhərində polis üç nəfəri bıçaqlayan orta məktəb şagirdini həbs edib. Hadisə Bedford məktəbində baş verib. Məlumata görə, yaralılar xəstəxanaya yerləşdiriliblər. Dəqiq kimlərin zərər çəkdiyi və zədələrin xarakteri açıqlanmayıb. Hücumdan sonra məktəbdə dərslər ləğv edilib. Polis ictimai təhlükəsizliyə heç bir təhdid olmadığını bildirib. Hazırda faktla bağlı araşdırma aparılır. Mənbə: iz.ru Xeberal.az

Cəmiyyət

Gəncədə 58 yaşlı qadını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, 1965-ci il təvəllüdlü Nazirə Xezari yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Sabirabadda iki yeniyetməni avtomobil vurdu

Sabirabadda 10 və 11 yaşlı yeniyetmələri avtomobil vurub. APA-nın məlumatına görə, hadisə rayonun Qəzli kəndində baş verib. VAZ-2106 markalı avtomobil yolu keçən Qəzli kənd sakinləri, 2012-ci il təvəllüdlü Xəlilov Özal Hafiz oğlu və 2013-cü il təvəllüdlü Muradov İmran Kamil oğlunu vurub. Yaralılar Sabirabad xəstəxanasına aparıldıqdan sonra Bakıya göndəriliblər. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Siyasət

Azərbaycan zəlzələ bölgəsi üçün 100 milyon dollar yardım elan edib – YENİLƏNİB + FOTO/VİDEO

20 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığının Brüssel şəhərində keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında iştirak edib. Avropa İttifaqı (Aİ) üzvləri, qonşu və tərəfdaş ölkələr, “Böyük İyirmilik” (G20), Körfəz Əməkdaşlığı Şurası ölkələri, Birləşmiş Millətlər Təşkilatı (BMT), digər beynəlxalq təşkilatlar, o cümlədən beynəlxalq, habelə Avropa […]

Siyasət

XİN-dən Mirzoyanın Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlərinə CAVAB – VİDEO

“Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş və mətbuat brifinqi zamanı Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pisləyir və rədd edirik”. Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın Rusiya Federasiyasının […]

Siyasət

Lavrov: “Rusiya Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasına kömək etməyə hazırdır” – VİDEO

“Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına hər cür köməklik göstərəcək”. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla danışıqları açıq elan edən zaman bildirib. Laçın yolu ətrafında yaranmış vəziyyətə toxunan Lavrov qeyd edib ki, Rusiya tərəfi müvafiq üçtərəfli bəyanatlarda yazıldığı kimi, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sülh müqaviləsinin parametrlərinin razılaşdırılmasında […]