Cəmiyyət

Ləkidə baş verən qəzada bir ailənin beş üzvü xəsarət aldı

Sharing is caring!


Ağdaşın Ləki qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə nəticəsində bir ailənin 5 üzvü – 1998-ci il təvəllüdlü Məmmədyarova Reyhan Süleyman qızı, 2021-ci il təvəllüdlü Məmmədyarova Yağmur Həsrət qızı, 1953-cü il təvəllüdlü Məmmədyarova Zemfira Telli qızı, 2009-cu il təvəllüdlü İsmiyeva Sevinc Əhməd qızı, 2017-ci il təvəllüdlü Məmmədyarov Oktay Həsrət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hazırda onların vəziyyətləri orta-ağırdır, müşahidə altında saxlanılırlar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir