Dünya

ABŞ-da minlərlə litr benzin yola dağıldı: Əhali təxliyə edildi

Noyabrın 17-də ABŞ-da 26 min litr yanacaq daşıyan maşın aşıb. Hadisə nəticəsində benzinin yarısından çoxu ətrafa dağılıb. Qəza Pensilvaniya ştatının Betlehem şəhərində baş verib. İnsidentin yaşandığı bölgədə nəqliyyatın hərəkəti dayandırılıb. Həmçinin, yaxınlıqdakı onlarla evdən minə yaxın sakin təxliyə edilib. Qəzanın təfərrüatları araşdırılır. Mənbə: rossaprimavera.ru Xeberal.az

Dünya

Fransanın keçmiş birinci xanımından yarıçılpaq fotosessiya – FOTO

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin həyat yoldaşı, italyan supermodel Karla Bruni “Elle” jurnalı üçün yarıçılpaq fotolar çəkdirib. Müvafiq şəkillər nəşrin saytında və sosial şəbəkələrdəki rəsmi hesablarında yer alıb. 54 yaşlı Bruni “Elle”nin dekabr nömrəsinin siması olub. Fransanın keçmiş birinci xanımı nəşrin üz qabığına ağ köynək, pencək və cins şalvarda çıxıb. Fotoqraf Kris Kolls tərəfindən çəkilmiş […]

Dünya

ABŞ Nümayəndələr Palatasında Baydenlə bağlı araşdırmaya başlanılıb

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar Demokratlar Partiyasından olan prezident Co Baydenlə bağlı ilk araşdırmaya başlayıblar. Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında konqresmen Ceyms Komer məlumat verib. “Söhbət ABŞ prezidenti Co Baydenin fəaliyyətilə bağlı təhqiqatdan gedir. Həm də onun nə üçün bəzi məsələlər barədə məlumatlı olması və ailəsinin beynəlxalq biznes sxemlərində iştirakı barədə amerika xalqına […]

Dünya

İspaniyada nəhəng tısbağanın qalıqları tapılıb

Paleontoloqlar İspaniyanın şimalında uzunluğu 3,74 m-ə çatan və çəkisi bir tondan çox olan Yer tarixinin ən böyük tısbağalarından birinin qalıqlarını aşkar ediblər. Alimlərin sözərinə görə, nəhəng canlı təbaşir dövrünün sonunda yaşayıb. Genetiklərin və paleontoloqların hazırkı fərziyyələrinə görə, ilk tısbağalar Yerdə Trias dövrünün sonunda və ya Yura dövrünün əvvəllərində peyda olublar. Mezozoy erasının sonrakı dövrlərində tısbağalar […]

Cəmiyyət

Avtobusda sərnişinlər əlbəyaxa oldu – VİDEO

Ötən gün Biləcəri-Binəqədi-Memar Əcəmi marşrutu üzrə hərəkət edən avtobusda sərnişinlər arasında əlbəyaxa dava olub. Üç nəfər arasında baş verən davanın səbəbi hələ ki məlum deyil. Hadisə şahidlərindən biri olan avtobusun sürücüsü isə hər şeyin bir anda baş verdiyini bildirib. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az

Dünya

Lukaşenko prezident redaksiyasının jurnalistlərinə bir kisə kartof hədiyyə etdi – FOTO

Belarus Prezidenti Aleksandr Lukaşenko prezident redaksiyasının media işçilərinin hər birinə bir kisə kartof hədiyyə edib. Bu barədə belaruslu jurnalist İqor Tur öz “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, bu hədiyyə kartoflar Lukaşenkonun şəxsi sifarişi ilə jurnalistlərə təhvil verilib. Jurnalist prezidentin adından ona göndərilən kartof kisəsinin fotolarını paylaşıb.   Xeberal.az

Dünya

İsrail prezidenti ilk dəfə Bəhreynə səfər edəcək

İsrail prezidenti İshak Hersoq bu il dekabrın əvvəlində Bəhreyn Krallığına səfər edəcək. Məlumata görə, o, kralın dəvəti ilə Bəhreynə səfər edən İsrailin ilk dövlət başçısı olacaq. Səfər zamanı Hersoqun Bəhreyn kralı Həməd bin İsa Əl Xəlifə, eləcə də krallığın bir sıra yüksək rütbəli rəsmiləri və yerli yəhudi icmasının üzvləri ilə görüşləri nəzərdə tutulub. İsrail prezidenti […]

Dünya

“Titanik” sərnişininin cib saatı 118 min dollara hərraca çıxarılacaq – FOTO

“Titanik” sərnişininin cib saatı hərracda 118 min dollara satılacaq. Saat sahibinin gəmi ilə birlikdə batdığı anda dayanıb. Əşya Oskar Vudiyə məxsus olub. Onun cəsədi faciədən on gün sonra suyun üzünə çıxıb və şəxsi əşyaları ilə birgə ailəsinə təhvil verilib. Vudi “Titanik”də poçt müdiri vəzifəsində çalışıb. Layner batmağa başlayanda o və dörd həmkarı yüzlərlə poçt çantasını […]

Dünya

Meksikada polis helikopteri qəzaya uğradı: Ölənlər var – ANBAAN VİDEO

Meksikanın Aquaskalientes əyalətində cümə axşamı qəzaya uğrayan regional polisə məxsus helikopterdə 5 nəfər olub. Məlumata görə, onların hamısı ölüb. Bu barədə qubernator Mariya Ximenez ictimaiyyətə açıqlamasında bildirib. “Təəssüf ki, heç kim sağ qalmayıb. Dövlət İctimai Təhlükəsizlik İdarəsinin rəhbəri Porfirio Mendozanın ölümü də təsdiqlənib”, – deyə o vurğulayıb. Qəzanın mümkün səbəbləri barədə məlumat hələlik açıqlanmayıb. Dövlət Prokurorluğu […]