Dünya

“McDonald’s” Qazaxıstanda fəaliyyətini dayandıracaq

“McDonald’s” restoranlar şəbəkəsi yerli tədarükdə məhdudiyyətlər səbəbindən noyabrın 18-dən Qazaxıstanda fəaliyyətini dayandıracaq. Şirkətin press-relizində qeyd olunur ki, rəhbərlik restoranların yenidən açılması üçün hər cür səy göstərir. Şirkət nümayəndələri “McDonald’s”ın açılışının vaxtı barədə daha sonra məlumat verəcəklərinə söz veriblər. Mənbə: news.ru Xeberal.az

Dünya

ABŞ İranla əməkdaşlıq edən şirkətlərə sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyi müxtəlif ölkələrdə qeydiyyatdan keçmiş, İranın neft sektoru ilə əməkdaşlıq edən 13 şirkətə qarşı sanksiya məhdudiyyətləri tətbiq edib. Müvafiq məlumat cümə axşamı nazirlik tərəfindən yayılıb “ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi sanksiyaya məruz qalmış İran neft-kimya brokerləri “Industry Commercial Co.” (PGPICC) və “Triliance Petrochemical Co. Ltd”, o cümlədən İran Milli Neft Şirkəti və […]

Dünya

Almaniya Moldovaya 40 milyon avro bağışlayacaq

Moldovanın əmək və əhalinin sosial müdafiəsi naziri Marsel Spatar Almaniyanın vətəndaşlara təzminat ödəmək üçün Moldovaya 40 milyon avro bağışlayacağını bildirib. Qurum rəsmisinin sözlərinə görə, pul sabah köçürüləcək. Eyni zamanda, Spatar qeyd edib ki, qrantın alınması Moldovada enerji zəifliyinin azaldılması fondunun və məqsədyönlü kompensasiya mexanizminin yaradılması ilə bağlıdır. Həmçinin, Spatarın sözlərinə görə, Almaniya qrantı noyabrda nəzərdə […]

Cəmiyyət

Lənkəranda tələbələr arasında dava ölümlə nəticələndi – FOTO

Lənkəranda tələbələr arasında kütləvi dava olub. APA-nın məlumatına görə, insident ölümlə nəticələnib. İlkin məlumata görə Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Tosif Şohlət oğlu Nəsirov aldığı bıçaq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Buna baxmayaraq, xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Əlavə məlumat […]

Cəmiyyət

Bakıda skuter sürən 54 yaşlı kişini avtomobil vurdu

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 1968-ci il təvəllüdlü Babayev Dmitri Vladimir oğlu skuterlə hərəkət edərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Dünya

ABŞ və İsrailin müdafiə nazirləri İrandan gələn təhlükəni müzakirə ediblər

İsrailin müdafiə naziri Benni Qants cümə axşamı amerikalı həmkarı Lloyd Ostin ilə telefonda İrandan gələn təhlükə barədə danışıb və ona ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyinə görə təşəkkür edib. Bu barədə yəhudi dövlətinin müdafiə departamentinin mətbuat xidməti məlumat yayıb. “Müdafiə naziri Benni Qants bu gecə ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə söhbət edib. O, vurğulayıb ki, İran […]

Dünya

Berluskoni rüşvət işi üzrə bəraət aldı

Roma məhkəməsi yetkinlik yaşına çatmayan fahişələrdən istifadə iddiası ilə bağlı iş üzrə şahidlərə rüşvət verməkdə şübhəli bilinən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoniyə bəraət verib. Məlumata görə, qərar cinayət faktının olmaması səbəbindən verilib. Berluskoni ilə yanaşı, Neapoldan olan müğənni Mariano Apiçella da bəraət alıb. O, yalan şahidlik etdiyinə görə 157.000 avro almaqda şübhəli bilinirdi. Mənbə: […]

Dünya

Kosmik teleskop ulduzun doğulmasını qeydə alıb

Ceyms Uebb teleskopu ulduzun doğulmasını əks etdirən unikal kadrları qeydə alıb. NASA tərəfindən yayımlanan görüntü yeni səma cisminin əmələ gəlməsini göstərir. Yeni doğulmuş ulduz sıx dumanın arxasında gizlənir. Bu, qaz və tozdan ibarət qaranlıq bir buluddur. Şəkildə yeni ulduz kosmik “qum saatı”nın ortasındadır. L1527 adı verilən səma cismi Buğa molekulyar buludunda yerləşir. Bu gənc ulduzun […]

Dünya

“Aliexpress”in qazancı 20 dəfə azalıb

Çinin ən böyük internet şirkəti “Alibaba Group”un 30 sentyabrda başa çatan 2022-2023-cü maliyyə ilinin birinci yarısında xalis mənfəəti ötən illə müqayisədə 20 dəfədən çox azalaraq 306 milyon dollar təşkil edib. Eyni zamanda, dövr üzrə gəlir 1,6 faiz (illiklə müqayisədə) artaraq 58,021 milyard dollar olub. Maliyyə ilinin ikinci rübünün məlumatlarına gəlincə, “Aliexpress” gözlənilmədən xalis zərərlə üzləşib. […]