Cəmiyyət

Göyçayda ƏMƏLİYYAT: Yeddi nəfəri saxlanıldı – FOTO/VİDEO

Göyçayda bir gündə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq cinayətləri törədən 7 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,  Göyçay Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının və bank kartlarının oğurlanması barədə müraciət daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət […]

Cəmiyyət

Bakı sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA xəbər verir ki, hadisə Murtuza Muxtarov küçəsində baş verib. 1978-ci il təvəllüdlü İmanov Ceyhun Nəriman oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. Xeberal.az

Cəmiyyət

Ağdaşda dayanacaqda 66 yaşlı kişinin meyiti aşkarlanıb

Ağdaş rayonunda dayanacaqda 66 yaşlı kişinin meyiti aşkarlanıb. “Report” xəbər verir ki, hadisə noyabrın 17-də rayonunun Yuxarı Ləki kəndi ərazisində Ləki-Zərdab yolunun kənarında yerləşən dayanacaqda qeydə alınıb. Belə ki, 1956-cı il təvəllüdlü, tüfeyli həyat tərzi keçirmiş, spirtli içki aludəçisi olan Qasımov Umar Qasım oğlunun üzərində xəsarətləri olmayan meyiti aşkar edilib. Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma […]

Cəmiyyət

Bakıda 14 yaşlı qızı avtomobil vurub

Bakının Xəzər rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, rayonun Türkan qəsəbəsində avtomobil 14 yaşlı qızı vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Cəmiyyət

Polis Beyləqanda əməliyyat keçirdi: Saxlanılanlar var – FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələrin və həblərin qanunsuz olaraq dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb ediliblər. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Bildirilib ki, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayon sakinləri Elmin Quliyev və Təbriz Əlizadənin idarələrində olan avtomobil […]

Cəmiyyət

Nazir Agentliyə yeni rəis təyin etdi

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov yeni təyinat edib. “Qaynarinfo” xəbər verir ki, nazirin müvafiq əmri ilə Nicat Əliyev Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub.  Nicat Əliyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb.  Qeyd edək ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə […]

Kriminal

Atanın öz oğlunu öldürməsinin təfərrüatı: “Ona çox zülm edirdi”

Qubada 35 yaşlı oğlu Sərraf Vahabovu öldürən 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun məhkəmə prosesi başa çatıb. “Qafqazinfo” xəbər verir ki, N.Vahabov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, sözügedən hadisə bu ilin may ayında baş verib. Həmin gün Nüsrət Vahabov evə sərxoş vəziyyətdə gələrək bazardan aldığı əti doğramağa başlayıb. Bu zaman […]

İdman

“Champions Chess Tour”: Şəhriyar Məmmədyarov hindistanlı şahmatçıya məğlub olub

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının doqquzuncu – sonuncu mərhələsində növbəti görüşünü keçirib. “Report” xəbər verir ki, 37 yaşlı qrosmeyster final raundunun IV turunda hindistanlı Ergaisi Arjunla üz-üzə gəlib. Məmmədyarov rəqibinə 1:3 hesabı ilə uduzub. Təcrübəli şahmatçı növbəti turda ABŞ təmsilçisi Uesli So ilə üz-üzə gələcək. İti zəka sahibi hazırda 3 xalla Arjunla birlikdə […]

Cəmiyyət

Arvadı ilə mübahisə edən kişi özünü yandırdı

Gəncədə həyat yoldaşı ilə mübahisə edən şəxs özünü yandırıb. “Qafqazinfo”nun məlumatına görə, 30 yaşlı şəhər sakini Taleh Bayramov həyat yoldaşı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, üzərinə benzin tökərək özünü yandırıb. Nəticədə onun bədəninin təxminən 50 faizi yanıb. T.Bayramov xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır. Xeberal.az

Dünya

Türkiyə Bosfor boğazından keçən tankerlərdən sığorta tələb edəcək

Türkiyə dekabrın 1-dən Bosfor və Çanaqqala boğazlarından keçən tankerlərdən sığorta sənədi tələb etməyi planlaşdırır. Bu barədə ölkənin Nəqliyyat Nazirliyinə istinadən məlumat yayılıb. Məlumata görə, boğazlar vasitəsilə neft daşıyan gəmilərdən sığorta şirkətindən məktub təqdim etmələri tələb olunacaq. Məktubda sığortanın konkret olaraq bu yükə və reysə şamil olunduğu yazılmalıdır. Qeyd edək ki, sığortanın təmin edilməsi tələbi Avropada […]