Kriminal

Salyanda üzərində bıçaq xəsarətləri olan naməlum kişi meyiti tapıldı

Salyan rayonu Xocalı kəndində üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. Xeberal.az

Dünya

“Mançester Yunayted” Ronaldunu məhkəməyə verəcək

“Mançester Yunayted” Kriştianu Ronaldunu məhkəməyə verəcək. Mançester klubu 37 yaşlı hücumçuya qarşı məhkəmə iddiası hazırlamaq üçün vəkillər tutub. Xatırladaq ki, bugünlərdə Ronaldu klubla bağlı qalmaqallı müsahibə verib, klubu və baş məşqçini açıq şəkildə tənqid edib. Ronalduya qarşı qaldırılan iddia isə o deməkdir ki, o, böyük ehtimalla, bir daha “Mançester Yunayted”də oynamayacaq. Həmçinin ona 2022-ci il […]

Cəmiyyət

Lənkəranda motosiklet sürücüsü kəndin axundunu vurdu

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Mamusta kəndi ərazisində baş verib. Üç təkərli “Murovey” motosikleti kənd ərazisində hərəkətdə olarkən piyada- 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub. Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb. Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini […]

Cəmiyyət

Bakıda bədənində zorakılıq izləri olan azyaşlı qız tapılıb – FOTO

Bakıda bədənində zorakılıq izləri olan azyaşlı qız tapılıb. Bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat yayıb. Bildirilib ki, bu gün Daxili İşlər Nazirliyi Suraxanı rayonu 31-ci bölmə tərəfindən aşkarlanan azyaşlı 21 may 2012-ci il təvəllüdlü Məmmədova Məsumədir. O, Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. “Uşağın bədənində zədələr, fiziki zorakılıq izləri var. Uşaq 11 saylı […]

Şou-Biznes

Cavanşir Məmmədov yenə estetik əməliyyat etdirdi: “Ləzzət alıram” – VİDEO

"Elə ifaçı var ki, yaxınlaşıb söz deyəndə tər iyindən uzaqlaşmışam. Demişəm ki, ay Allah, bu nə gündədir? Dezodorant vurmaq lazımdır. İnsan özünə baxmalıdır. Bunu məgər kişiliklə ölçürlər?". Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "7 Canlı" proqramında deyib. O, ikinci dəfə keçirdiyi estetik əməliyyatdan söhbət açıb: "Üç ay bundan əvvəl gözaltı torbalarımı əməliyyat […]

Dünya

Moskva-İstanbul reysi üzrə hərəkət edən təyyarədə bomba həyəcanı

Rusiyanın ən böyük hava yolu şirkətlərindən biri olan “Aeroflot”a məxsus təyyarədə bomba həyəcanı yaşanıb. Hadisə Moskva-İstanbul reysi üzrə hərəkət təyyarədə qeydə alınıb. Bildirilir ki, “Boeing 737-800” tipli “SU-2130” təyyarəsi Rusiya paytaxtının “Şeremetyevo” hava limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarəyə həyəcan siqnalı verilib. Təyyarənin pilotu dərhal İstanbul Hava Hərəkətini İdarəetmə Qülləsi ilə əlaqə saxlayaraq vəziyyət […]

Cəmiyyət

İlanları qoynunda bəsləyən Mirhəsən kişi – VİDEO

Qafqaz gürzəsi, Qırmızıqarın təlxə, Qərb yatağanı və Səhra kələzi. Mirhəsən kişi bir gününü belə ilanlarsız təsəvvür etmir. Görüntülər Ağdamın Quzanlı qəsəbəsində lentə alınıb. Nə qədər təhlükəli olsa da, uzun illərdir evində ilan bəsləyən Mirhəsən Abduyev onlara xüsusi qulluq edir. Onun sözlərinə görə, sayları artdıqca ilanları evdən uzaqlaşdıraraq ən sağlam olanlarını saxlayır. Ailə üzvlərinin də sürənənlərdən […]

Cəmiyyət

Bakıda körpünün vəziyyəti vətəndaşları qorxuya saldı – AÇIQLAMA + VİDEO

Bakıda 3-cü mikrorayon dairəsindəki körpünün aşırım hissəsində aralanma müşahidə edilir. Xezerxeber.az-ın məlumatına görə, proses bir müddətdir ki, davam edir. Sürücülər artıq həmin körpüdən qorxa-qorxa keçdiklərini deyirlər. Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələyə aydınlıq gətirib. O deyib ki, sözügedən körpüdə problem yoxdur. Sürücülər rahat şəkildə körpüdən istifadə edə bilərlər. Daha ətraflı Baku TV-nin süjetində: […]

İdman

Bakı sakinlərinin Dünya Çempionatında favoriti kimdir? – SORĞU + VİDEO

Paytaxt sakinləri Dünya Çempionatı ilə bağlı fikirlərini bölüşünlər. Bakı sakinlərindən biri “Fransanın adını çəkərdim, amma, zəhləm gedir onların futbolundan da, rəhbərindən də” deyə bildirib. Baku TV-nin şəhər ərazsindən “mundialda favoritiniz kimdir?” sualı çərçivəsində apardığı sorğunu təqdim edirik: Xeberal.az

Cəmiyyət

Bakıda dilənçilər məhəlləsinin sakini: “Biz əl açırıq, namusumuzu satmırıq” – VİDEO

“Biz əl açırıq, namusumuzu satmırıq”. Bu sözləri Baku TV-nin efirində yayımlanan “Arzunun vaxtı” verilişində dillənçilər məhəlləsində yaşayan qadın bildirib. Aparıcının “siz çox gözəlsiz” sözlərinə cavab olaraq qadın, “biz sevgilimiz istəyirik deyə, gözəlik” cavabını verib. Qadın həyat yoldaşlarına yaxşı baxdıqlarını, onlara yeməklər hazırladıqlarını və əlavə olaraq da diləndiklərini bildiriblər. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az