Dünya

İspaniyada nəhəng tısbağanın qalıqları tapılıb

Sharing is caring!

Paleontoloqlar İspaniyanın şimalında uzunluğu 3,74 m-ə çatan və çəkisi bir tondan çox olan Yer tarixinin ən böyük tısbağalarından birinin qalıqlarını aşkar ediblər. Alimlərin sözərinə görə, nəhəng canlı təbaşir dövrünün sonunda yaşayıb.

Genetiklərin və paleontoloqların hazırkı fərziyyələrinə görə, ilk tısbağalar Yerdə Trias dövrünün sonunda və ya Yura dövrünün əvvəllərində peyda olublar. Mezozoy erasının sonrakı dövrlərində tısbağalar Yer kürəsinə yayılıb və onların ən böyük nümayəndələrinin uzunluğa 4,5 metrə və çəkisi bir neçə tona çatıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir