Dünya

Beynəlxalq Kosmik Stansiyada futbol “matçı” keçiriləcək

Rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin Beynəlxalq Kosmik Stansiyada (BKS) NASA astronavtı Fransisko Rubio ilə futbol oynamağı planlaşdırır. Bunu çərşənbə axşamı rusiyalı kosmonavt Sergey Prokopyev “Soyuz MS-22” pilotlu kosmik gəmisinin Baykonur kosmodromundan buraxılmasına həsr olunmuş onlayn konfrans zamanı deyib. “Düşünürəm ki, biz BKS-də belə bir şeyi təkrarlaya bilərik. Mən artıq 2018-ci ildə həmkarlarım Oleq […]

Dünya

Dünyada milyonçuların sayı artıb

Dünyada dollar milyonçularının sayı 2021-ci ildə 5,2 milyon nəfər artaraq 62,5 milyona çatıb. Bu barədə İsveçrənin “Credit Suisse” bankının çərşənbə axşamı açıqladığı hesabatda bildirilib. Vurğulanıb ki,ötən il bu əsrin əvvəlindən bəri ümumi dünya sərvətinin artımı baxımından da rekord göstərici qeydə alınıb – 463,6 trilyon dollar. Bu sərvətin 45,6 faizi dünya əhalisinin bir faizinin əlində cəmləşib. […]

Dünya

Meymunçiçəyinin yeni fəsadları açıqlandı

Afrika və Amerika həkimləri meymunçiçəyi virusuna yoluxmanın neyrofizioloji fəsadların inkişafına səbəb olduğuna dair sübutlar aşkar ediblər. Alimlərin tapıntıları “JAMA Neurology” jurnalında dərc olunub. “Afrika, ABŞ və Avropada xəstələr üzərində aparılan müşahidələr göstərir ki, meymunçiçəyi virusu xəstələrdə kifayət qədər tez-tez depressiya, nevropatik ağrılar yaradır. Bəzi hallarda ensefalit, qıcolma və meningitə bənzər simptomlar əmələ gətirir. Bu, beyindəki […]

İdman

“Dəlisov Maks” real həyatda çempionatda iştirak etdi, evə qızıl apardı – FOTO

“Dəlisov Maks”ın ulduzu Tom Hardi real həyatda döyüş sənəti üzrə çempionatda iştirak edərək qızıl medal qazanıb. Məlumata görə, o, Böyük Britaniyanın Milton-Kins şəhərində keçirilən “UMAC Milton Keynes BJJ Open 2022” turnirinə gizli şəkildə qatılıb. Bu səbəbdən tamaşaçılar qarşılarında ciu-citsu kimonosunda olan Hollivud ulduzunu görəndə heyrətə düşüblər. Tədbirin sponsoru olan Şon Rosboro isə bir neçə həftə əvvəldən […]

Cəmiyyət

Kəlbəcərdə minik avtomobili aşdı: Xəsarət alanlar var

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb. “Report”un məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar. Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

İdman

Levandovski DÇ-2022-də Ukrayna bayrağının rənglərində kapitan sarğısı ilə oynayacaq – FOTO

Polşa millisinin hücumçusu Robert Levandovski DÇ-2022 matçlarında Ukrayna bayrağının rənglərindəki kapitan sarğısı ilə oynayacaq. Futbolçu bu barədə “Instagram”da məlumat verib. İdmançı sarğını ona Ukrayna millisinin sabiq futbolçusu və məşqçisi Andrey Şevçenkonun hədiyyə etdiyini deyib və onu taxmağı özü üçün şərəf hesab edib.         Посмотреть эту публикацию в Instagram         […]

Dünya

Yeni Zelandiyada 1800 il yatmış sualtı vulkan “oyandı” – FOTO

Yeni Zelandiya alimləri Taupo gölünün altında yerləşən vulkanda aktivlik müşahidə edib. Vulkanın kraterində seysmik aktivlik və qruntun deformasiyası aşkar olunub. Qeyd edilir ki, vulkan sonuncu dəfə 1800 il əvvəl püskürüb. Bu barədə Yeni Zelandiyanın “GeoNet” seysmik xidməti məlumat verib. Yeni Zelandiya “supervulkanı” həmişə sakit olaraq səciyyələndirilib. “GeoNet” ilk dəfə olaraq vulkanda təhlükəlilik səviyyəsinin artdığı barədə […]

Dünya

Məşhur rusiyalı aktyorun həyatını itirdiyi qəza yerindən görüntülər – VİDEO

Məşhur rusiyalı kino aktyoru Sergey Puskepalis Rostov vilayətində bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Şahidlərin bildirdiyinə görə, rusiyalı aktyorun olduğu “Ford Transit” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə aktyor yerindəcə həyatını itirib, onu yanında oturan sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, Sergey Puskepalis “Sadə şeylər” (2006), “Bu yayı necə keçirdim”(2010) filmlərində baş rollarda […]

Dünya

“Google” xəritəsi ilə Atlantik okeanında sirli obyekt aşkarlanıb – FOTO

“Google” xəritəsi ilə Atlantik okeanında sirli obyekt aşkarlanıb. Görüntünü “Reddit”in “u/ExuberantBadger” ləqəbli istifadəçisi paylaşıb. Yayımlanan şəkildə batmış təyyarə görünür. Skrinşotun başlığında müəllif tərəfindən qeyd olunan koordinatlardan belə nəticə çıxır ki, obyekt Baham adalarının tərkibinə daxil olan Kruked-Aylend adası yaxınlığında tapılıb. İstifadəçinin paylaşımı qızğın müzakirələrə səbəb olub. Şərhçilərdən biri bunun qəzaya uğrayan təyyarə ola biləcəyini ehtimal […]

Siyasət

Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak etdi – FOTO

20 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib. Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsindən verilən məlumata görə, şuranın iclasına, həmçinin Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, Moldovanın xarici işlər və […]