Tədbirlər

İsrail-Azərbaycan Şah-Dağ təşkilatında yeni təyinat.

Sharing is caring!

XəbərAl.az-a verilən məlumata görə, 03.05.2024-cü il tarixdə İsrail dövlətində fəaliyyət göstərən İsrail- Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində əvəzsiz xidməti olan İsrail-Azərbaycan Şah-Dağ təşkilatının idarə heyətinin onlayn iclası keçirilmişdir. İclasda İsrail-Azərbaycan Şah-Dağ təşkilatının sədri birinci Qarabağ müharibəsi qazisi əslən Oğuz Yəhudisi olan Elxanan Raziel çıxışında, Zalov İmza TV Alyansın rəhbəri beynəlxalq hüquq eksperti İsmayıl Zalovu İsrail-Azərbaycan Şah-Dağ təşkilatının sədrinin xarici əlaqələr üzrə müavini təyin edilməsi barədə əmri elan etmişdir. Qeyd edək ki, İsmayıl Zalov İsrail-Azərbaycan Şah Dağ təşkilatının Azərbaycan Respublikası üzrə nümayəndəliyinin rəhbəri idi. Elxanan Raziel çıxışında İsrail-Azərbaycan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində daima xidmət edəcəklərini və İsmayıl Zalovun bu vəzifəyə təyinatı İsrail Azərbaycan dostluq əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəyini bildirmişdir. Beynəlxalq hüquq eksperti İsmayıl Zalov çıxışında İsrail- Azərbaycan dostluq əlaqələrinin genişlənməsi üçün xidmət edəcəyini bildirdi. İsrail Azərbaycan Şah-Dağ təşkilatının sədri Elxanan Raziel çıxışında daha bir əmri elan edərək İsrail Azərbaycan Şah-Dağ təşkilatının Azərbaycan Respublikası üzrə nümayəndəliyinin rəhbəri vəzifəsinə Zalov İmza TV Alyansın birinci müavini hüquqşünas Kamran Bağırzadənin təyin edildiyini bildirmişdir. Hüquqşünas Kamran Bağırzadə İsrail-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

İSRAİL-AZƏRBAYCAN MƏTBUAT XİDMƏTİ

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir