Cəmiyyət

Şəmkirdə avtomobil qəzası: Bir ailənin dörd üzvü xəsarət aldı

Şəmkir rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində bir ailənin dörd üzvü – N.Abbasov, U.Abbasova, E.Abbasova və R.Abbasova xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara […]

Siyasət

Azərbaycan XİN başçısı ilə ATƏT baş katibi arasında danışıq oldu – FOTO

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb. Bu barədə Azərbaycan XİN məlumat yayıb. C.Bayramov Azərbaycanın ATƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini, bu xüsusda cari post-münaqişə dövründə ölkəmiz ilə ATƏT arasında əməkdaşlıq proqramının həyata keçirilməsinin vacib olduğunu vurğulayıb. Bununla yanaşı, Ermənistanın ATƏT […]

Kriminal

Bakıda çağırışa gedən təcili yardım briqadasına bıçaqla hücum olub

Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadasının əməkdaşlarına bıçaqla hücum edilib. “Report”un məlumatına görə, çağırış yerinə gedən təcili tibbi yardım avtomobilinin qarşısını naməlum şəxs kəsərək bıçaqla onlara xəsarət yetirmək istəyib. Bu zaman avtomobilin sürücüsü cəld tərpənərək hadisə yerindən uzaqlaşıb. Lakin naməlum şəxs bıçaqla avtomobilin yan şüşəsinə zərbələr endirib. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan […]

Dünya

Yelena Zelenskaya Quterreşlə görüşüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş katib Antonio Quterreşin sentyabrın 20-də Ukraynanın baş naziri Denis Şmıqal və Prezident Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ilə görüşdüyünü təsdiqləyib. Bu barədə təşkilatın rəsmi saytında qeyd edilir. Görüş zamanı BMT-nin baş katibi və Ukraynanın baş naziri ölkədəki vəziyyəti, o cümlədən münaqişənin humanitar böhrana, insan hüquqlarına və nüvə təhlükəsizliyinə təsirini […]

Siyasət

Ceyhun Bayramov iki həmkarı ilə görüşdü – FOTO

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.    Bu barədə Azərbaycan XİN məlumat yayıb. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Azərbaycan-Avstriya arasında münasibətlərin perspektivləri, enerji təhlükəsizliyi, son regional vəziyyət müzakirə edilib. Ceyhun Bayramov postmünaqişə […]

Cəmiyyət

Bakı yollarında son vəziyyət açıqlandı: 17 istiqamətdə SIXLIQ var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: 1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” […]

Dünya

Ərdoğan Baydenlə görüşü barədə: “O, Baydendirsə, mən Ərdoğanam” – VİDEO

BMT Baş Assambleyasının iclası üçün Nyu-Yorka səfər edən Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb. “Baydenlə görüşəcəksinizmi?” sualına “Onun ümumi qəbulunda iştirak edəcəm” deyə cavab verən dövlət başçısı, “İkilikdə görüşmək istərdinizmi?” sualına “Yox, niyə? O, Baydendirsə, mən Ərdoğanam” cavabını verib. Bununla yanaşı, Ərdoğan senatorlarla görüşündən sonra F-16 qırıcılarının Türkiyəyə satışı ilə bağlı təəssüratları barədə suala “müsbət” deyərək […]

Dünya

Britaniyalı şəhərinin bütün küçələrini gəzmək üçün 3200 kilometr yol qət edib

Britaniya sakini yaşadığı şəhərin 4669 küçəsini gəzmək üçün 3200 kilometr yol qət edib. Bristollu 55 yaşlı Saymon Kossionun məqsədinə çatması 51 həftə çəkib. Kişi boş vaxtlarında gəzintiyə çıxıb. Britaniyalının sözlərinə görə, bu cür gəzintilər onun fiziki və emosional vəziyyətinə müsbət təsir göstərib. İndi Saymon tamamlanmış işinin ardından istirahət edir və artıq yeni marşrutlar planlaşdırır. O, […]

Dünya

İngiltərədə dəmir yolu xidməti dayandırılır

Oktyabrın 1-də İngiltərədə dəmir yolu infrastrukturuna sahib olan və onları idarə edən “British Network Rail” şirkətinin əməkdaşları, həmçinin 14 dəmir yolu operatoru tətil edəcək. Tətil 24 saat müddətinə planlaşdırılıb. Etiraz aksiyası ölkədə dəmir yolu əlaqəsini demək olar ki, tamamilə dayandıracaq. Üzvləri üçün daha yüksək maaş və daha yaxşı iş şəraiti təmin etməyə çalışan nəqliyyat işçilərinin […]

Dünya

Rusiyada bukmeker kontorları bağlanır

Rusiyadakı mərc obyektlərində gəlirlərin kəskin azalması onların kütləvi şəkildə bağlanmasına səbəb olub. Məlumata görə, altı ay ərzində mərc ofislərinin sayı 17,4 faiz azalıb. 2021-ci ilin dördüncü rübündə oflayn nöqtələrə 19,6 milyard rubl gəlir daxil olub ki, bu da ümumi gəlirin 8,9 faizini təşkil edib. İkinci rübdə bu rəqəm 16,2 milyarda (8,2 faiz) düşüb. Ümumi dövriyyə […]