Dünya

Vuçiç: “Dünya bir-iki ay ərzində qlobal münaqişəyə yuvarlana bilər”

Dünya bir-iki aydan sonra İkinci Dünya Müharibəsindən bəri görünməmiş qlobal münaqişəyə doğru yuvarlana bilər. Bu barədə çərşənbə axşamı Serbiya prezidenti Aleksandr Vuçiç RTS telekanalına müsahibəsində bildirib. “Güman edirəm ki, biz xüsusi hərbi əməliyyat mərhələsindən böyük hərbi münaqişəyə yaxınlaşırıq. Əsas sual odur ki, sərhədlər haradadır və biz bir müddətdən sonra, bəlkə də bir-iki aydan sonra İkinci […]

Dünya

II Elizabetin ölümündən sonra barəsində bilinməyən maraqlı faktlar üzə çıxıb

II Elizabetin ölümündən sonra onunla uzun illər işləmiş bütün keçmiş işçiləri Böyük Britaniyanın kraliçası haqqında maraqlı məlumatlar veriblər. Bildirilir ki, onun yemək tərzi və xüsusi seçimləri olub. Məsələn, kraliça heç vaxt bananı birbaşa qabığını soyaraq, dişləyib yeməyib: həmişə onu bıçaqla kəsib, çəngəllə yeyib. Səhər yeməyində yumurta yeməyi sevən II Elizabetin xüsusi yumurta resepti olub. Kraliçanın keçmiş işçilərindən […]

MARAQLI

Dünyada altıncı kütləvi məhv olmanın qarşısını alacaq yeni ümid – FOTO/VİDEO

Dünyada ilk klonlaşdırılmış vəhşi qütb canavarı doğulub. Bu barədə Çinin “Sinogene Biotechnology Co.” biotexnologiya şirkətinin baş direktoru Mi Tszidun xəbər verib. Onun sözlərinə görə, çinli tədqiqatçılar nəsli kəsilməkdə olan canavarı xilas etmək üçün 2020-ci ildən bəri qütb heyvanları üzrə ixtisaslaşan “Harbin Polarland” okeanariumu ilə əməkdaşlıq edirlər. Məlumatda bildirilir ki, donor hüceyrələr Kanadadan gətirilən vəhşi dişi qütb […]

Dünya

II Filip və dördlüklə qovuşma: Şahzadə Uilyamdan maraqlı vida paylaşımı – FOTO

Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Middlton Böyük Britaniyanın mərhum kraliçası II Elizabetə həsr olunmuş vida postu dərc ediblər. Paylaşımda kraliçanın nadir fotoları yayımlanıb. Kraliçanın dəfn mərasimindən olan şəklə “Əlvida, kraliça, ana, nənə və ulu nənə”, – deyə şərh yazılıb. Digər paylaşımda kraliçanın nadir görüntüsü əks olunub. “Qoy mələklərin uçuşu sənin dincliyini tərənnüm etsin. Əlahəzrət […]

İdman

Formula 1-in növbəti mövsümü yarışların sayına görə rekord olacaq

Dünya Avtomobil İdmanı Şurası 2023-cü il üçün Formula 1 üzrə dünya çempionatının təqvimini təsdiqləyib. Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti məlumat yayıb. Çempionat tarixdə ilk dəfə olaraq 24 mərhələdən ibarət olacaq. Açılış yarışı martın 5-də Bəhreyndə, sonuncu yarış isə noyabrın 26-da Əbu-Dabidə keçiriləcək. Tarixdə ilk dəfə olaraq Las-Veqas Qran Prisi də təqvimə salınıb. […]

Dünya

Aİ Ukraynaya böyük məbləğdə makromaliyyə yardımı ilə bağlı yekun qərar verdi

Avropa İttifaqı Ukraynaya təcili olaraq 5 milyard avroluq makromaliyyə yardımının ayrılması ilə bağlı yekun qərar qəbul edib.   Yardım müharibə zamanı Ukraynanı dəstəkləmək məqsədi daşıyır. Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb. Sentyabrın 9-da üzv ölkələrin maliyyə nazirləri Praqada keçirilən qeyri-rəsmi görüş zamanı bu vəsaitin Ukraynaya ayrılmasını dəstəkləyib. Sentyabrın 15-də qərar Avropa Parlamenti tərəfindən dəstəklənib. […]

Dünya

Dünyanın ən güclü teleskopu ilk dəfə Marsın şəklini çəkdi – FOTO

Dünyanın ən güclü kosmik teleskopu “James Webb” Marsın ilk şəkillərini və spektrlərini çəkib. Yeni fotolar NASA-nın saytında dərc olunub. Alimlərin fikrincə, Marsın yeni “istilik xəritəsində” sərin bölgələr – qütblər və şimal yarımkürəsi müşahidə olunur. Şəkildə onlar bənövşəyi və qırmızı rənglərlə göstərilib. Narıncı və sarı rənglər daha isti bölgələri göstərir. Sol hissədə böyük bir sarı hissə var […]

MARAQLI

Planetin əsl sahibləri və ya… FOTO

Qarışqalar bəşəriyyəti hər zaman öz qeyri-adi gücləri ilə heyran edib və hər yerdə mövcudluğu ilə təəccübləndirib. Sidneydəki Makkuori Universitetinin alimləri bunu nəzərə alaraq planetdə onların sayını hesablayıb. Nəticələr isə ekspertlərdə Yer kürəsinin əsl sahiblərinin əslində kimlər olduğu barədə sual yaradıb. Bu barədə təqdqiqatçıların işi “The Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub. […]

Dünya

Zəlzələ zamanı sinif yoldaşını çiyinlərində daşıyıb qəhrəmana çevrildi – VİDEO

Tayvanda zəlzələ zamanı məktəblinin nümunəvi davranışı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. Belə ki, zəlzələ baş verən an şagirdlər dərhal binanı tərk etməyə çalışdıqları vaxtda uşaqlardan biri ayağı gipsdə olan sinif yoldaşını çiyninə alaraq onu tək qoymur.  Görüntülər məktəbin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Həmin görüntüləri təqdim edirik: Mənbə: Haber Global Xeberal.az