Kriminal

Bakıda çağırışa gedən təcili yardım briqadasına bıçaqla hücum olub

Sharing is caring!

Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadasının əməkdaşlarına bıçaqla hücum edilib.

“Report”un məlumatına görə, çağırış yerinə gedən təcili tibbi yardım avtomobilinin qarşısını naməlum şəxs kəsərək bıçaqla onlara xəsarət yetirmək istəyib.

Bu zaman avtomobilin sürücüsü cəld tərpənərək hadisə yerindən uzaqlaşıb. Lakin naməlum şəxs bıçaqla avtomobilin yan şüşəsinə zərbələr endirib. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Təcili tibbi yardımın sürücüsü hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti – Zəng Mərkəzinə məlumat verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir