Cəmiyyət

Şəmkirdə avtomobil qəzası: Bir ailənin dörd üzvü xəsarət aldı

Sharing is caring!

Şəmkir rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində bir ailənin dörd üzvü – N.Abbasov, U.Abbasova, E.Abbasova və R.Abbasova xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir