Dünya

“Ostankino” teleqülləsində bomba həyəcanı

Naməlum şəxslər Moskvadakı Ostankino televiziya qülləsində partlayış təhlükəsi barədə məlumat veriblər. “Ostankino televiziya qülləsində partlayış təhlükəsi barədə anonim məlumat daxil olub. Məlumat mütəxəssislər tərəfindən yoxlanılıb, təsdiqini tapmayıb – heç bir təhlükəli əşya aşkar edilməyib”, – deyə paytaxtın hüquq-mühafizə orqanlarından bildirilib. Qeyd edək ki, bundan öncə də dəfələrlə teleqüllədə partlayıcı qurğuların yerləşdirilməsilə bağlı saxta məlumatlar qeydə […]

Siyasət

Slovakiya Azərbaycanın minasızlaşdırma səylərinə dəstək vermək niyyətindədir – FOTO

Slovakiya Respublikasının xarici və Avropa işləri naziri Rastislav Kaçer ölkəsinin Azərbaycanın minasızlaşdırma sahəsində səylərinə dəstək vermək niyyətində olduğunu açıqlayıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Rastislav Kaçer bu barədə Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla görüşündə bildirib. Ceyhun […]

Dünya

Almaniya kansleri: “Biz Rusiyanın diktə etdiyi sülhü qəbul etməyəcəyik” – FOTO

“Əgər müharibənin real şəkildə bitməsini istəyirsinizsə, Kremlin şərtləri əsasında sülhü qəbul edə bilməzsiniz”. Bu barədə Almaniya Federal Kansleri Olaf Şolts BMT Baş Assambleyasında çıxışı zamanı bildirib. Şolts dünya nizamının qorunmasının vacibliyini vurğulayıb. Eyni zamanda bu nizamın “ən güclünün hüququ”na deyil, qanun-qaydalara əsaslanmasının vacibliyini qeyd edib. Kansler əlavə edib ki, bu prinsiplər pozulduğu bir zamanda ölkələr […]

Cəmiyyət

Neftçalada iki qardaş ağır qəzaya uğradı: Ölən və yaralanan var

Neftçalada bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Qardaşbəyli kəndində olub. Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən anidən idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Abbasov Cahid Cavid oğlu ölüb, C.Abbasovun qardaşı Salyan şəhər sakini, 1990-cı […]

Cəmiyyət

Sentyabr döyüşlərində əzalarını itirən şəxslər dördüncü nəsil protezlərlə təmin olunacaqlar – RƏSMİ

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sentyabr ayında Ermənistanın təxribatı nəticəsində şərti sərhəddə baş verən döyüşlərdə əzalarını itirən hərbçilərimizin protezlərlərlə təmin olunması ilə bağlı açıqlama verib. Bu barədə o, Real TV-yə müsahibəsi zamanı danışıb. “Əzalarını itirən qəhrəmanlarımız dördüncü nəsil elektron protezlərlə təmin olunacaqlar”, – deyə nazir qeyd edib. Xeberal.az

Dünya

ABŞ səfiri Rusiya “referendum”u və səfərbərliyi barədə: “Bu, zəiflik və uğursuzluq əlamətidir”

“Rusiyada səfərbərlik və Ukraynanın işğal olunmuş ərazilərində qondarma referendumlar Rusiya Federasiyasının zəifliyinin əlamətidir. Bu, eyni zamanda Rusiyanın açıq müharibədə uğursuzluğunun da göstəricisidir”. Bunu ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink öz “Twitter” hesabında yazıb. “Saxta referendumlar və səfərbərlik Rusiyanın zəifliyinin, uğursuzluğunun əlamətləridir. ABŞ Rusiyanın Ukrayna ərazisini ilhaq etmək iddialarını heç vaxt qəbul etməyəcək”, – deyə diplomat qeyd […]

Cəmiyyət

Sentyabr şəhidlərinin ailələri və həmin döyüşlərdə yaralanan şəxslərin sosial ödənişləri ilə bağlı AÇIQLAMA

Ermənistanın təxribatı nəticəsində şərti sərhəddə baş vermiş son qarşıdurmada yaralanan şəxslərin və şəhid ailələrinin sosial ödənişlərinin təyin olunacağı vaxt açıqlanıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Real TV-yə verdiyi müsahibəsi zamanı məlumat verib. “Sentyabr ayının sonunadək müavinət, təqaüd və bir sıra sosial ödənişlər tam təyin olunacaq”, – deyə nazir bildirilib. Xeberal.az

Dünya

Bayden: “ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək”

“ABŞ İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək, lakin diplomatiyanın problemi həll etmək üçün ən yaxşı yol olduğuna inanmaqda davam edirik”, Bunu ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxış edərkən bəyan edib. O, bildirib ki, nüvə müharibəsi heç vaxt başlamamalıdır, çünki bu savaşın qalibi olmayacaq. Dövlət başçısı, həmçinin ölkəsinin BMT Təhlükəsizlik Şurasının […]

İqtisadiyyat

Avro dollar qarşısında 20 illik minimuma düşdü – FOTO

ABŞ Federal Ehtiyatlar Sisteminin dollar üzrə faiz dərəcələrini artırması fonunda adıçəkilən valyutanın bahalaşması prosesi müşahidə olunur. Belə ki, funt sterlinqin ardınca avro da dollar qarşısındakı 20illik minimumu yeniləyib. Axşam saatlarında vahid Avropa valyutası dollar qarşısında 0,9859 səviyyəsindən də aşağı düşüb ki, bu da 2002-ci ildən bəri rekord göstəricidir.   Xeberal.az