Cəmiyyət

Kəlbəcərdə minik avtomobili aşdı: Xəsarət alanlar var

Sharing is caring!

Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb.

“Report”un məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir