Dünya

Beynəlxalq Kosmik Stansiyada futbol “matçı” keçiriləcək

Sharing is caring!

Rusiyalı kosmonavtlar Sergey Prokopyev və Dmitri Petelin Beynəlxalq Kosmik Stansiyada (BKS) NASA astronavtı Fransisko Rubio ilə futbol oynamağı planlaşdırır.

Bunu çərşənbə axşamı rusiyalı kosmonavt Sergey Prokopyev “Soyuz MS-22” pilotlu kosmik gəmisinin Baykonur kosmodromundan buraxılmasına həsr olunmuş onlayn konfrans zamanı deyib.

“Düşünürəm ki, biz BKS-də belə bir şeyi təkrarlaya bilərik. Mən artıq 2018-ci ildə həmkarlarım Oleq Artyomyev və Aleksandr Gerstlə stansiyada futbol oynamışam. Düşünürəm ki, orada hansısa top tapacağıq. Ümumiyyətlə, biz artıq kosmosda tennis, badminton ilə məşğul olmuşuq. Biz kosmosda idman etməkdən həzz alırıq”, – deyə kosmonavt bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir