Dünya

Türkiyədə serialın çəkiliş meydançasında yanğın baş verdi: Film gerçək oldu – VİDEO

Sharing is caring!

Türkiyədə ssenari müəllifi və baş rol ifaçısı müğənni Aydın Aydın olan “Tırpankeş” filminin çəkiliş meydançasında yanğın baş verib.

Filmdə canlandırılan yanğın səhnəsi həqiqi yanğına çevrilib. Hadisənin qarşısını almaq mümkün olmadıqda böyük panika yaşanıb.

Serialda pandemiya dövründə kəndlərini tərk edib şəhərə köçən və sonra evlərinə geri dönən insanların həyatından bəhs edilir. Kəndlilərin yaşadığı çətinliklər və bu səbəbdən bir-biriləri ilə münaqişələri canlandırılır.

Mövzu ilə bağlı açıqlama verən Aydın Aydın ot tayası yandırıldığı zaman bölgədəki qurudulmuş otların nəzərə alınmadığını bildirib.

“Çəkiliş qrupu və işçilər vedrə və kürəklərlə yanğını söndürməyə çalışdılar. Lakin buna nail olmadıqda yanğınsöndürən briqadası müdaxilə etdi. Ətrafdakı saralmış otlar tamamilə yanaraq kül olub. Dəyən zərəri mən qarşılayacağam”, – deyə Aydın qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir