Müsahibə

Futbolun ən parlaq simalarından biri olan Samir Ələkbərov: “Heç kimə lazım olmayan insanam” – MÜSAHİBƏ

Müstəqilliyin ilk illərində Azərbaycan futbolunun ən parlaq simalarından biri, şübhəsiz ki, Samir Ələkbərov olub. Uzun müddət “Neftçi”nin formasını geyinmiş, İsraildə legioner həyatı yaşamış və Azərbaycan millisinin şərəfini qorumuş 54 yaşlı mütəxəssis hazırda işsizdir.  Futbolçu karyerasını bitirdikdən sonra “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt” kimi klublarda köməkçi-məşqçi kimi fəaliyyət göstərmiş, bir müddət U-21 yığmamıza rəhbərlik etmiş Ələkbərov uzun […]

İdman

Tarixi qolun müəllifi: “Qarabağ” çox ağır qrupa düşüb”

Azərbaycan futbol tarixinin ən böyük uğuru, şübhəsiz ki, 2017/18 mövsümündə “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində iştirak etməsidir. “Ölüm qrupu”na düşən Ağdam klubunun heyətində ən çox diqqət çəkən futbolçu həmin vaxt PAOK-dan icarəyə götürülən Pedro Enrike idi.  “Roma” ilə Bakıdakı qarşılaşmada fərqlənməklə Azərbaycan təmsilçisinin Çempionlar Liqasında ilk qolunun müəllifi olan braziliyalı Sports.az saytına açıqlamasında həmin mövsümü […]

Cəmiyyət

Azərbaycanda siyasi partiyalar hansı halda ləğv olunacaqlar?

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra üzvlərinin sayını 90 gün ərzində 10 min nəfərə çatdıra bilməyən dövlət qeydiyyatına alınmış partiyaların ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldırılacaq. APA-nın xəbərinə görə, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin versiyasında keçid müddəalarında əksini tapıb. Beləliklə, yeni qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya bu qanunun […]

Siyasət

Litva nümayəndə heyəti DOST Agentliyində olub – FOTO

Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidmətinin direktoru İnqa Balnanosiyenenin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, agentliyin idarə heyətinin sədri Fərid Məmmədov ilə nümayəndə heyətinin görüşündə DOST konsepsiyası barədə geniş təqdimat edilib. DOST mərkəzlərində vətəndaşlara əmək və məşğulluq, sosial […]

Cəmiyyət

DYP-dən ötən gün yollarda yaranmış sıxlıqla bağlı AÇIQLAMA

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ötən gün yollarda qeydə alınan avtomobil sıxlığına münasibət bildirib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-nın sorğusuna cavab olaraq yağışlı, çiskinli və dumalı hava şəraitində yollarda hərəkət sıxlığının yaranmasının təbii və başa düşülən olduğunu deyib. “Bu cür hava şəraitində sürücülərdən “Yol hərəkəti haqqında” Qanunun 50-ci (Hərəkət sürəti və nəqliyyat vasitələri […]

Cəmiyyət

“TurAz Qartalı-2022” təlimində növbəti uçuşlar icra olundu – FOTO

Ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, senariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib. Qeyd edilib ki, birgə taktiki-uçuş təlimi davam edir. Xeberal.az

Siyasət

Ceyhun Bayramov İspaniyanın sənaye, ticarət və turizm naziri ilə görüşdü – FOTO

Sentyabrın 7-də xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində İspaniya Krallığının Sənaye, Ticarət və Turizm naziri Maria Reyes Maroto ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, nazir Ceyhun Bayramov ölkələrimiz arasında ticarət, energetika və turizm sahəsində əməkdaşlıq perspektivlərinin daha da artdığını qeyd edib. Azərbaycanda həyata keçirilən enerji layihələri […]

Cəmiyyət

FHN-də müşavirə: Nazirlər görüşüb meşələrdə baş verən yanğının səbəblərini müzakirə etdilər – FOTO

Bu gün Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin birgə iştirakı ilə meşələrdə yanğın təhlükəsizliyi məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, hər iki nazirliyin aidiyyəti struktur bölmə […]

Cəmiyyət

Azərbaycanda enerji içkiləri ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda enerji içkiləri ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı enerji içkisi olmadığı halda, üzərində istehlakçılarda enerji içkisi olduğuna dair yanlış təəssürat yaradan məhsullar istehsal edən sahibkarlıq subyektlərinə və satış şəbəkələrinə ciddi xəbərdarlıq olunub. Eyni zamanda həm istehsalçı şirkətlər, həm də satış şəbəkələrinin […]