Cəmiyyət

“Wolt” la kuryerlər arasındakı insidentin səbəbi nədir? – AÇIQLAMA + VİDEO

Ərzaq və qeyri ərzaq məhsullarının çatdırılması ilə məşğul olan “Wolt” şirkətinin kuryerləri fəaliyyətlərini tam olaraq dayandırıblar. Səbəb isə avqustun 29-dan etibarən tətbiq olunan yeni çatdırılma qiymətləridir. Məsələ ilə bağlı Baku TV-yə danışan şirkətin marketinq meneceri Tofiq Süleymanov bildirib ki, kuryerlərin etirazı əsassızdır: “Hazırda keçirilən tətillər bütün kuryerlər tərəfindən aparılmır. Əksinə, etiraz edən kuryerlər işini davam edən kuryerlərin […]

Dünya

Məşhur model qəribə halı və pinti görüntüsü ilə pərəstikarlarını şoka saldı – FOTO/VİDEO

Britaniyalı supemodel və məşhur aktrisa Kara Delevinin Los-Ancelesin (ABŞ) Van-Nays aeroportunda çəkilən görüntüləri sənətkarın pərəstişkarlarını təşvişə salıb. Belə ki, aktrisa səliqəsiz görkəmdə, saçları pırtlaşıq və ayaqqabısız olub. Kadrlarda Delevinin siqaret çəkərək telefonla əsəbi danışdığı görünür. Telefonun mütəmadi olaraq onun əlindən düşməsi də nəzərlərdən yayınmayıb. Model uçuşa iki saat gecikdiyi üçün yoluna özəl təyyarə ilə davam edib. Mənbədən bildirilir […]

Cəmiyyət

Bakı və Şəkidə intihar hadisəsi: Biri pilləkəndə, digəri həyətdə ÖZÜNÜ ASDI

Bakıda və Şəkidə intihar hadisələri olub. Lent.az-ın məlumatına görə, Xətai rayonunda yaşayan 29 yaşlı Cəfərli Araz Allahverdi oğlu evin həyətindəki pilləkənin sürahisində özünü iplə asıb. Nəticədə o, yerindəcə keçinib. Digər intihar isə Şəkinin Zunud kəndində qeydə alınıb. Kənd sakini 38 yaşlı Əzimov Knyaz Məmməd oğlu həyətdəki tikilidə özünü asıb. İntiharların səbəbləri məlum deyil. Xeberal.az

İdman

Qurban Qurbanov: “Çox intizamlı komandaya qarşı oynayacağıq”

“Çox intizamlı komandaya qarşı oynayacağıq”. “Report”un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Frayburq”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis rəqibin baş məşqçisinin uzun illər postunda olduğunu bildirib: “Çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə […]

Cəmiyyət

Bakıda 18 yaşlı oğlan səkkizinci mərtəbədən yıxıldı

Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü Qəhrəmanov Ramal Şükür oğlu binanın səkkizinci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb. O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrində sınıq xəsarətləri alıb. Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Fakt […]

Cəmiyyət

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni TƏYİNAT

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Etibar Hüseynova Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində vəzifə verilib. Bu barədə “Yüksəliş” müsabiqəsinin sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, o, rəqəmsal inkişaf və nəqliyyat nazirinin icraçı katibi vəzifəsinə təyin olunub. Qeyd edək ki, Etibar Hüseynov 2013-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra ali təhsilini İngiltərədə davam etdirib. O, […]

Cəmiyyət

Jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamının ailəsini şantaj edir – VİDEO

Şənbə günü, sentyabrın 3-də jurnalist Əvəz Zeynallı həbsdə olan iş adamının ailəsindən şantaj, hədə-qorxu və böhtan yolu ilə 20 min manat pul alıb. Haqqın.az xəbər verir ki, məmurların və hakim elita nümayəndələrinin ardıcıl tənqidçisi kimi çıxış edən jurnalist dəfələrlə həmin biznesmenin də fəaliyyətini tənqid edib, şantaj və hədə-qorxu ilə ondan pul almağa çalışıb. Bu dəfə […]

Cəmiyyət

İqtisadçı olma xəyalları yarım qaldı: 10-cu sinif şagirdi vəfat etdi

Azərbaycanda 10-cu sinif şagirdi vəfat edib. Oxu.Az-ın məlumatına görə, bu barədə Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbi sosial şəbəkə hesabında məlumat verib. Bildirilib ki, məktəbin 10-cu sinif şagirdi İba Zahid oğlu Həmzəyev bu gün dünyasını dəyişib. Qeyd edilib ki, mərhum şagird sağalmaz xəstəlikdən əziyyət çəkirmiş. “İqtisadçi olmaq, özünün xeyriyyə idarəsini qurub ehtiyacı […]

İdman

“Çelsi”nin baş məşqçi postuna namizədlərin adları açıqlandı

Tomas Tuxelin gedişindən sonra “Çelsi”nin baş məşqçi postuna namizədlər açıqlanıb. Klubun “Paris Sen-Jermen”in sabiq çalışdırıcısı Maurisio Poçettino və Madrid “Real”ının keçmiş baş məşqçisi Zinəddin Zidanla danışıqlar aparacağı qeyd edilir. Həmçinin namizədlər arasında “Brayton”a rəhbərlik edən Qrem Potterin adı çəkilir. Mənbə: Lenta.ru Xeberal.az

İdman

“Qalatasaray” keçmiş “Barselona”lı futbolçunu aldı

Türkiyənin “Qalatasaray” klubu vaxtilə “Barselona” forması geyinən Yusuf Dəmiri heyətinə qatıb. “Sarı-qırmızılılar”ın yaydığı məlumata görə, futbolçunun transferi bir aylıq gərgin işlərdən sonra mümkün olub. 18 yaşındakı hücumçuya görə “Qalatasaray”, Avstiyanın “Rapid” (Vyana) klubuna 6 milyon avro ödəyiblər. Qeyd edək ki, Vyananın yetirməsi olan Dəmir ötən mövsümü icarə əsasında “Barselona”nın B komandasında keçirib. Mənbə: Haber Global […]