Cəmiyyət

Bakı-Səlyan şossesində qəza: Avtomobil idarəetməni itirərək aşdı – VİDEO

Bu gün axşam saatlarında Bakı-Səlyan şossesində yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə zamanı “Saipa” markalı, 99-PN-315 qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək aşıb. Qəzaya səbəb havanın küləkli olması ehtimal olunur. Aşan avtomobil hadisə şahidləri tərəfindən yolun hərəkət hissəsindən çəkilərək, yolda yarana biləcək sıxlığın qarşısı alınıb. Xəsarət alanlar barədə məlumat olmasa da avtomobilə ciddi maddi ziyan dəyib. […]

MARAQLI

“Akvamen”dən qəribə aksiya: Etiraz olaraq saçını kəsdi – FOTO/VİDEO

“Akvamen” (“Aquaman”) filmindəki rolu ilə daha çox məşhurluq qazanan Hollivud ulduzu Ceyson Momoa saçını kəsdirib. Amma bunu elə-belə yox, dünya okeanlarındakı plastik çirklənməyə diqqət çəkmək üçün aksiya kimi həyata keçirib. O, bu barədə kadrları sosial şəbəkədə paylaşıb. “Planetimizi və okeanlarımızı qoruyun. Həyatımızı və dənizlərimizi plastik butulkalardan, paketlərdən, qab-qacaqdan və başqa şeylərdən təmizləmək lazımdır”, – deyə o, […]

Dünya

Yaddaşını itirən Avstraliya sakini yenidən həyat yoldaşına aşiq oldu – FOTO

Avstraliyanın Kvinslend şəhərindən olan 36 yaşlı Lyuk Bakton 2017-ci ilin mayında qəzaya uğrayıb. Nəticədə yaddaşını itirib. Bakton motosiklet sürərkən park edilmiş avtomobilə çırpılıb və ağır kəllə-beyin travması alıb. Ömrünün çox hissəsini unudub, yeriyə bilmir, danışa bilmir. Həmçinin doqquz ay əvvəl evləndiyi həyat yoldaşı Melissanı da tanımırdı. Altı aydan çox xəstəxanada yatan Bakton ilyarım tibbi reabilitasiyadan […]

Dünya

Venesiya Festivalında bir ilk: Aktyor 13 dəqiqə ayaqda alqışlandı – FOTO/VİDEO

İrlandiyalı aktyor Kolin Farrel Venesiya Film Festivalında “The Banshees of Inisherin” filmindəki performansına görə 13 dəqiqə ayaqda alqışlanıb. Qeyd olunur ki, tədbirdə nümayiş olunan başqa heç bir film belə reaksiya görməyib. Alqışlar zamanı Farrell rejissor Martin Makdonah, həmçinin sənət yoldaşları Brendan Qlison və Kerri Kondonla qucaqlaşıb. O, həmçinin pərəstişkarları ilə şəkil çəkdirmək və avtoqraf vermək […]

İdman

“Barselona” oyunçularına ötən mövsümlə müqayisədə daha çox məvacib ödəyir – FOTO

“Barselona”nın ciddi maliyyə problemləri yaşadığı heç kəs üçün sirr deyil. Mediada tez-tez klubun futbolçularının məvaciblərini azaldması barədə xəbərlər peyda olur. Reallıqda isə katalonların oyunçulara ayırdığı vəsait azalmaq əvəzinə daha da artıb. Bunu ötən və hazırki mövsüm üzrə “Barselona” furbolçularının məvacib cədvəlindən görmək mümkündür. 2021/22-ci illər mövsümü üzrə məvacib cədvəli: 2022/23-ci illər mövsümü üzrə məvacib cədvəli: […]

Dünya

Nensi Pelosi ABŞ-ın İtaliyadakı səfiri olmaq istəyir

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ-ın İtaliyadakı növbəti səfiri vəzifəsinə təyin olunmaq istəyir. Spiker 2022-ci ilin noyabrında keçiriləcək aralıq seçkilərində Respublikaçılar partiyası səs çoxluğu qazanarsa, Prezident Co Baydendən səfir kimi namizədliyinin irəli sürülməsini istəyəcək. Qeyd olunur ki, 82 yaşlı siyasətçi karyerası ilə bağlı inkişaf ssenarilərini nəzərdən keçirir. İddia olunur ki, Bayden hakimiyyətə gəldikdən sonra İtaliyaya […]