Siyasət

Litva nümayəndə heyəti DOST Agentliyində olub – FOTO

Sharing is caring!

Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi yanında Məşğulluq Xidmətinin direktoru İnqa Balnanosiyenenin rəhbərlik etdiyi nümayəndə heyəti DOST Agentliyində olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, agentliyin idarə heyətinin sədri Fərid Məmmədov ilə nümayəndə heyətinin görüşündə DOST konsepsiyası barədə geniş təqdimat edilib.

DOST mərkəzlərində vətəndaşlara əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmətin “bir pəncərə”dən göstərildiyi, 2025-ci ilə qədər DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyi diqqətə çatdırılıb.

Görüşdə tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Litva nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzi ilə tanış olub, əhaliyə xidmətlərin göstərilməsi prosesini izləyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir