Cəmiyyət

DYP-dən ötən gün yollarda yaranmış sıxlıqla bağlı AÇIQLAMA

Sharing is caring!

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ötən gün yollarda qeydə alınan avtomobil sıxlığına münasibət bildirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-nın sorğusuna cavab olaraq yağışlı, çiskinli və dumalı hava şəraitində yollarda hərəkət sıxlığının yaranmasının təbii və başa düşülən olduğunu deyib.

“Bu cür hava şəraitində sürücülərdən “Yol hərəkəti haqqında” Qanunun 50-ci (Hərəkət sürəti və nəqliyyat vasitələri arasında ara məsafəsi) maddəsinə uyğun olaraq sürət həddini aşağı salmağı, ara məsafəsini düzgün şəkildə gözləməyi, həmçinin, baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün ayıq-sayıqlığı artırmaq tələb olunur” – deyə qurum rəsmisi əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir