Müharibə

Baş Qərargah rəisi Quru Qoşunlarında olub, xidməti müşavirə keçirib – FOTO

Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Baş Qərargah rəisi Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib. Müşavirədə Quru Qoşunlarında görülən işlərin təhlili aparılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar toplantı […]

Siyasət

Səfir: “Azərbaycan-Yaponiya əlaqələri inkişaf edir”

Qısa müddət ərzində hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq o qədər yüksək səviyyədə qurulub ki, buna təəccüblənməmək mümkün deyil. APA xəbər verir ki, bunu Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə təşkil edilmiş tədbirdə jurnalistlərə açıqlamasında Yaponiya səfiri Vada Cuniçi deyib. Səfir ölkələrarası əlaqələrin müxtəlif sahələrdə də eyni tempdə inkişafından məmnun olduğunu qeyd […]

Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: DYP müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib. İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “Report”a açıqlamasında deyib ki, paytaxtın Fətəli xan Xoyski küçəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısından metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində asfalt örtüyünün dəyişdirilməsi məqsədi ilə müvafiq işlərin aparılması nəzərdə tutulub: “Sürcülərdən […]

Cəmiyyət

Sertifikasiyanın müsahibə mərhələsinin mövzuları AÇIQLANDI

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb. Bildirilib ki, müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər. Xatırladaq ki, müsahibə zamanı müəllimlər müvafiq komissiya tərəfindən proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və […]

İdman

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni idmançı cəlb olunub. Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək. 23 yaşlı cüdoçu 10 – 11 sentyabrda İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa […]

İdman

“Formula -1”: Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin tarixi 3 ildən sonra yenidən dəyişdirilib. Oxu.Az xəbər verir ki, “Motorsport”un açıqladığı ilkin təqvimdə yarışın aprelin 30-da keçiriləcəyi göstərilib. Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri müvafiq olaraq, 29 və 28 aprelə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda baş tutub. Qeyd edək ki, Bakı trasındakı son […]

Cəmiyyət

Ağalıya köçürülən qadın: “Burada ömürlük yaşamağa gəlmişəm”

Bu gün Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin növbəti mərhələsi həyata keçirilib. Kəndə köçürülən sakin Zülfinaz Mirzəyeva “Report”a bildirib ki, Ağalıya 2 övladı ilə birlikdə gəlib: “Nə deyəcəyimi bilmirəm. Həm kədərli, həm də sevincliyəm. Ömürlük burada yaşamaq üçün gəlmişəm. Böyük arzularım var. İstəyirəm burada övladlarımın toyunu edim. İnşallah qismət olar. […]

Cəmiyyət

Nazirdən bağçalarda isti yeməklərin verilməsi ilə bağlı AÇIQLAMA – VİDEO

Köhnə standartlarda göstərilən bəzi qidalar hazırda yoxdur. Bunu mediaya açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bağçaların ərzaq təminatı ilə bağlı danışarkən deyib. O qeyd edib ki, köhnə standartlar bəzi ərzaqların siyahıda olmamasına və qidalara nəzarət probleminə səbəb olur. “Uşağa verilən qida kalori ilə ölçülməlidir. Kalorilərə əsaslanan yeni pilot layihənin olması və uşaqlara təsdiqlənmiş menyu […]

Cəmiyyət

Azərbaycanda məktəbli formalarını niyə ancaq bir fabrik tikir? – ARAŞDIRMA

Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də vahid məktəbli forması məsələsi gündəmi zəbt edib. Bu formanın tikilməsi ilə məşğul olan “Bakı Tikiş Evi” ASC-nin qarşısında hər gün izdiham yaşanır. Səhmdar cəmiyyəti izdihamı azaltmaq, valideynlərin formaları rahat əldə etməsi üçün məhsullarının bir qisminin satışını supermarketlərdə həyata keçirsə də, forma […]

Cəmiyyət

Prezidentin xüsusi nümayəndəsi: “Ağalı məktəbində son tamamlanma işləri aparılır”

“Ağalı kəndində artıq məktəb binasında son tamamlama işləri aparılır. İnşallah 15 sentyabr Ağalı da ilk zəng sədaları eşidiləcək. Bu gün köçən ailələr içərisində müəllimlərimiz də var. Bununla əlaqədar olaraq möhtəşəm tədbirin olması planlaşdırılır”. “Report”un məlumatına görə, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib. “Son bir […]