Cəmiyyət

Erkən yaşda cinsi həyat hansı fəsadlara səbəb olur? – Ginekoloqdan AÇIQLAMA + FOTO

Günümüzü 13 yaşlı qızın uşaq dünyaya gətirməsi xəbəri ilə açdıq. Belə ki, ötən gün azyaşlı qız ev şəraitində uşaq dünyaya gətirib. Məlum olub ki, uşağın atasının 15 yaşı var. Körpə sağdır. Ana olan yeniyetmə isə sığınacağa yerləşdirilməyi xahiş edib. Yeniyetmənin uşaq dünyaya gətirməsi hər kəs tərəfindən təəccüb və hiddətlə qarşılanıb. Hadisədə günahkar axtarmaq, əlbəttə, hüquq-mühafizə […]

Dünya

Bill və Hillari Klinton yeganə qızlarını təsadüfən Kremldə unudublar – FOTO/VİDEO

ABŞ-ın sabiq prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton yeganə qızları Çelsini Kremldə (Rusiya) unudubmuşlar. Bu barədə ABŞ-ın keçmiş dövlət katibi jurnalist Cimmi Fellonla müsahibəsində söz açıb. Belə ki, Fellon Klintondan ailə səfərlərində ən çılğın anlardan bəziləri haqqında danışmasını istəyib. Demokrat ailəsi ilə birlikdə Moskvaya səfərini xatırlayıb. Onun sözlərinə görə, Bill Klinton prezidentliyi dövründə Kremlə […]

Cəmiyyət

Azərbaycandakı “WhatsApp” istifadəçilərinə XƏBƏRDARLIQ

Azərbaycanda vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi halları müşahidə edilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdarlıqda bildirilir. Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar ölkə ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil. Həmçinin qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə “WhatsApp” […]

Ana Səhfə

Yay tətilindən sonra uşaqları necə adaptasiya etməli – Təranə Paşayeva

Məncə, bütün məktəblilər razılaşar ki, ilin ən gözəl çağları tətil günləridir. Ürəyin istəyən zaman yuxudan oyanmaq, sıxıcı dərslər yerinə dostlarla oynamaq, səyahət etmək… Təəccüblü deyil ki, tətildən dərs rejiminə keçid etmək o qədər də asan başa gəlmir. Lakin bu prosesi asanlaşdırmaq üçün valideynlərin bilməli olduğu bir neçə yol var.   Təbii ki, yaş dövrlərinə görə […]

Cəmiyyət

Binəqədidə gecə ilə ağaclar kəsilir? – VİDEO

Binəqədi rayonunda tikinti məqsədi ilə qazıntı işləri aparıldığı iddia edilib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, rayonun 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində yaşıllığa ziyan vurulub.  Vətəndaşlar iddia ediblər ki, qazıntı və ağacların kəsilməsi işləri gecə saatlarında görülüb: “Artıq iki-üç heyva ağacı və başqa iri ağaclar kəsilib. Yerdə qalan iki çinar da bu gecə kəsilə bilər”. Binəqədi […]

Cəmiyyət

Cəzaçəkmə müəssisəsində tanış olan keçmiş məhkumlar oğurluq etdilər – FOTO/VİDEO

Yasamal rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Naməlum şəxslər orada işləyən satıcının çantasından 950 manat oğurlayıblar. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Elçin Yusifov və Ramil Şəfaqətov tutulublar. Araşdırma zamanı onların paytaxtın Səbail və Nərimanov rayonlarında […]

Siyasət

Deputat: “Yeni layihə siyasi partiyaların hüquqlarını genişləndirməyi nəzərdə tutur”

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi Azərbaycanda siyasi partiyaların fəaliyyəti üçün daha əlverişli şərtlər formalaşdırmağı nəzərdə tutur. Layihədə partiyanın qeydə alınması və fəaliyyəti şərtləri xeyli dərəcədə sadələşdirilib. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin, cənab Prezidentin müəyyən etdiyi hədəflərə uyğun olaraq, demokratikləşmə prosesinin daha da dərinləşdirilməsinə xidmət edir”. Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin […]

Cəmiyyət

Ağalı kəndində 15 sentyabrda dərslər başlayacaq – VİDEO

“Ağalı kəndində tədrisin təşkili ilə bağlı həm müəllim, həm də direktor təyinatı olub”. Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. O qeyd edib ki, sentyabrın 15-i Ağalıda dərslər başlayacaq: “Orada tədrislə bağlı ciddi problem gözləmirik, əlbəttə ki, ilkin mərhələdə hər hansı problemlər ola bilər. Bunlar da dərhal həll olunacaq. Sentyarın 15-i […]

Siyasət

Azərbaycanda siyasi partiyanın ləğvi üçün yeni qayda müəyyənləşib

Azərbaycanda siyasi partiyanın ləğvi üçün yeni qayda müəyyənləşib. “Report” xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb. Qeyd olunub ki, siyasi partiya bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda siyasi partiya qurultayının və ya məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Siyasi partiyanın ləğvi barədə siyasi partiyanın […]

Araşdırma

Oğuz meşələrinin QƏSDİNƏ DURAN KİMDİR? – Bir tədbir görən olacaqmı…

Oğuz meşələrində ağaclar kütləvi “soyqırıma” məruz qalır. Mənbənin verdiyi məlumata görə, 50-60 sm ölçülərində olan müxtəlif cinsli ağaclar kəsilərək mebel sexləri və kustar üsulla kömür hazırlayan kömürçülərə satılır. Meşə quldurları izi itirmək üçün kəsdikləri ağacların bir neçəsinin köklərini yerdən çıxardıb. Aldığımız məlumatlarda qeyd olunur ki, bu işin başında Ekologiya Nazirinin müavini Vüqar Kərimovla Meşələrin İnkişafı […]