Cəmiyyət

Cəzaçəkmə müəssisəsində tanış olan keçmiş məhkumlar oğurluq etdilər – FOTO/VİDEO

Sharing is caring!

Yasamal rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Naməlum şəxslər orada işləyən satıcının çantasından 950 manat oğurlayıblar. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Elçin Yusifov və Ramil Şəfaqətov tutulublar.

Araşdırma zamanı onların paytaxtın Səbail və Nərimanov rayonlarında daha üç obyektdən oğurluq etdikləri müəyyən olunub. 

Qeyd edək ki, saxlanılan şəxslər müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər. 

Faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Elçin Yusifov və Ramil Şəfaqətovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, 26-cı Polis Bölməsinə, ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir