Dünya

İspaniya parkında sonuncu su hövzəsi qurudu

İspaniyanın Donyana Milli Parkında sonuncu su hövzəsi quruyub. Bu ərazi YUNESKO tərəfindən Dünya İrsi siyahısna salınıb. Hazırda bu bölgədə artıq təbii şirin su ehtiyatı yoxdur. Parkdakı ən böyük laqun olan Santa Olalla tamamilə quruyub. Digər su anbarları da quruyub. Bu da yüzlərlə fauna və bitki örtüyünün zədələnməsinə səbəb olur. Bəzi növləri isı tamamilə yox ola […]

Dünya

Almaniyalı alim: “Kainatdakı bütün planetlərə almaz yağışı yağa bilər” – FOTO

Kainatdakı bütün planetlərə almaz yağışı yağa bilər. Almaniyalı alim Uran və Neptunun dərinliklərində əmələ gələn yağışları incələdikdən sonra bu qənaətə gəlib. Elm adamları əvvəllər fərz edirdilər ki, həddindən artıq yüksək təzyiq və temperatur Uran və Neptunun səthindən minlərlə mil aşağıda hidrogen və karbonu sərt almazlara çevirir. İndi isə yeni araşdırma aparılıb və məlum olub ki, […]

Dünya

“Twitter” İlon Maskın şəxsi mesajlarını oxumaq istədi

“Twitter” şirkəti “SpaceX”in rəhbəri İlon Maskdan smartfonundakı bütün mətn mesajlarını təhvil verməsini tələb edib. Şirkət bunun məhkəmə yolu ilə edilməsini istəyib və 2022-ci ilin birinci yarısı üçün bütün mesajları əldə etmək istədiyini bildirib. Belə ki, sosial şəbəkə milyarderin şirkətin alınması ilə bağlı 44 milyard dollarlıq sövdələşmənin sübutlarını gizlətdiyini düşünür. Bildirilir ki, ABŞ hakimi Ketelin Makkormik […]

Dünya

Kamçatka vulkanında bədbəxt hadisə: ölənlər və yaralananlar var

Rusiyanın Kamçatka vilayətində bədbəxt hadisə baş verib. Vulkana dırmaşan beş turist ölüb, digərləri də yaralanıb. Bu barədə Kamçatka Ərazi Prokurorluğunun “Telegram” kanalında məlumat verilib. “İlkin məlumata görə, Rusiyanın müxtəlif regionlarından (Altay, Primorsk, Kamçatka əraziləri, Moskva, Novosibirsk və Vladimir vilayətləri) olan 12 nəfərlik turist qrupu Fövqəladə Hallar Nazirliyinin qeydiyyatından keçib. Vulkana qalxan turistlərdən 5-i ölüb. Həmçinin […]

Dünya

Ukraynadakı partlayış canlı yayım vaxtına təsadüf etdi – ANBAAN VİDEO

Ukraynanın Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində baş verən partlayış jurnalistlərdən birinin obyektivinə düşüb. Partlayışdan dərhal sonra jurnalistin müsahibə aldığı qadın və sərgidə iştirak edən şəxslər sürətlə ərazidən uzaqlaşmağa başlayıb.  Qeyd edək ki, bu gün Çerniqov şəhərinin mərkəzində silah-sursat sərgisində tank əleyhinə qumbaraatanın partlaması nəticəsində 3 uşaq yaralanıb. Uşaqlardan birinin vəziyyəti ağırdır. Mənbə: Nexta Live Xeberal.az

Dünya

ABŞ və Çin arasında Ayda yer uğrunda münaqişə başlaya bilər

ABŞ və Çin arasında Yerdən kənarda toqquşmalar baş verə bilər. Buna səbəb kosmik gəmilərini Ayın səthinə endirmək üçün yer seçməklə bağlı rəqabətdir. Bu barədə Böyük Britaniyanın Nortumbriya Universitetinin kosmik hüquq və siyasət üzrə professoru Kristofer Nyuman xəbərdarlıq edib. O, qeyd edib ki, Vaşinqton və Pekin Ayın səthinə öz kosmik gəmilərini endirmək üçün Yerin təbii peykinin […]

Dünya

Fransada qızmar istilər rekord sayda insan ölümü ilə nəticələndi

Fransada qızmar istilərin yaşandığı 2022-ci ilin yayında son 19 ildə ən yüksək ölüm nisbəti qeydə alınıb. Bu barədə Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) məlumat yayıb. Şiddətli istilər COVID-19 epidemiyasının yeddinci dalğası ilə üst-üstə düşüb. Ölkədə iyul ayında gündə orta hesabla 1 750 nəfər ölüb. İyun ayında bu rəqəm 1 610 olub. İyul […]

Cəmiyyət

Gəncədə piyadanı avtomobil vurub – FOTO

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Təyyarəni qaçırıb onu mağazaya çırpmaqla hədələdi – VİDEO

ABŞ-ın Missisipi ştatının Tupelo şəhərində kiçik həcmli şəxsi təyyarə qaçırılıb. Hadisəni törədən şəxs hüquq mühafizə orqanları ilə əlaqə yaradaraq təyyarəni mağazaya çırpmaqla hədələyib. Mağaza təxliyə edilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində təyyarəni mağazaya çırpmaqla hədələyən pilot saxlanılıb. Mənbə: CNN Xeberal.az

Cəmiyyət

Zaqatalada avtomobil qəzasında 2 nəfər xəsarət alıb

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə sentyabrın 3-ü saat 23 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Qəza zamanı xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. […]