Cəmiyyət

Zaqatalada avtomobil qəzasında 2 nəfər xəsarət alıb

Sharing is caring!

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə sentyabrın 3-ü saat 23 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Qəza zamanı xəsarət alanlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda yaralıların müayinə və müalicəsi aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir