Cəmiyyət

Goranboyda avtomobil qəzası olub, ölən və yaralılar var

Goranboy rayonunda ağır yol qəzası baş verib. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində qeydə alınıb. Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırmalara başlanılıb. Xeberal.az

Dünya

ABŞ-da bağçadan qaçan beş yaşlı uşağa 275 min dollar ödəniləcək – VİDEO

ABŞ-da polis uşaq bağçasından qaçan beş yaşlı oğlana 275 min dollar ödəyəcək. Azyaşlı 14 yanvar 2020-ci ildə Merilend ştatında iki polis məmuru tərəfindən küçədə saxlanılıb. Məlum olub ki, bağçada münaqişə zamanı uşaq qrup yoldaşının və müəllimənin üzərinə taxta parçası ataraq müəssisədən qaçıb. Polis onu qolundan tutaraq maşına sürükləyib. Oğlan getmək istəmədiyini qışqıraraq ağlamağa başlayıb. Onu […]

Dünya

Bu gün Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq

Bu gün Britaniyanın yeni baş nazirinin adı açıqlanacaq. APA-nın Britaniya bürosunun xəbərinə görə, Britaniya saatı ilə təxminən 12:30 radələrində yeni baş nazirin adı açıqlanacaq. Vəzifəyə hazırkı xarici işlər naziri Liz Trass və ya keçmiş maliyyə naziri Rişi Sunak seçiləcək. Qalib Mühafizəkarlar partiyasının üzvləri arasında keçirilən səsvermə yolu ilə müəyyən edilir. Partiyanın üzvləri Böyük Britaniya əhalisinin […]

İqtisadiyyat

Türkiyədə inflyasiyanın 2025-ci ildə 10%-ə çatacağı gözlənilir

Türkiyədə inflyasiyanın 2025-ci ildə 9,9%-ə çatacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə “Resmi Gazete”də dərc olunan ölkənin orta müddətli iqtisadi inkişaf proqramında göstərilir. Sənəddə qeyd olunur ki, gələn il Türkiyədə inflyasiya 24,9%, bir ildən sonra isə 13,8% səviyyəsində olması planlaşdırılır. Milli Statistika İnstitutunun məlumatına görə, Türkiyədə inflyasiya 79,6% təşkil edib və son illərdə rekord […]

Dünya

Xorvatiyada nadir avtomobil qəzaya uğradı – VİDEO

2017-ci ildə “Pagani” brendi “Pebble Beach” avtosalonunda “Zonda HP Barchetta” modelini təqdim edib. 800 at gücünə malik 7,3 litrlik V12 mühərriklə təchiz edilən superkar markanın ictimai yollar üçün sertifikatlaşdırılmış ən güclü modeli olub. “Zonda HP Barchetta” cəmi üç nüsxədə hazırlanıb. Onlardan biri şirkətin təsisçisi Horatio Paqani tərəfindən alınıb. İki avtomobil isə adı açıqlanmayan müştərilərə göndərilib. […]

Dünya

Belçika kral ailəsində toy olub

Belçika Kraliçası Matildaın kiçik qardaşı qraf Şarl-Anri d’Yudekem d’Akos çoxdankı sevgilisi Karolin Filipplə evlənib. Toy Fransanın Normandiyada yerləşən Pon-l’Evek şəhərində, cütlüyün ailəsi və dostlarının iştirakı ilə baş tutub. Qonaqlar arasında Belçika Kraliçası Matilda, onun əri Kral Filip və üç övladı – şahzadə Elizabet, şahzadə Eleanor və şahzadə Emmanuel, həmçinin bəyin və Belçika kraliçasının anası qrafinya […]

Dünya

“Top Gun: Maverick”dən daha bir rekord

“Top Gun: Maverick” filmi yenidən rekord vurub. Bu dəfə Tom Kruzun baş rolu ifa etdiyi film yayımlandığı ilk həftədə ABŞ-da ən çox baxılan rəqəmsal reliz olub. Film avqustun 23-də onlayn platformalarda efirə çıxıb. Qeyd edək ki, film hazırda tarixdə ən çox satılan 20 rəqəmsal reliz arasındadır. O, həmçinin ABŞ-da “Amazon” və “Vudu” platformalarında satış rekordları qırıb. […]

İdman

İngiltərə Qadınlar Superliqasının mükafat fondu Premyer Liqadan 440 dəfə azdır

Britaniya parlamentinin üzvləri qadın futbolunda pul mükafatlarının artırılmasını istəyiblər. Belə ki, rəsmi müxalifətin kölgə kabinetinin nümayəndələri baş naziri postuna iki namizədə – Liz Trussa və Rişi Sunaka məktub göndəriblər. Onlar Super Liqanın yeni mövsümü başlamazdan əvvəl gender bərabərsizliyi problemini həll etməyə çağırıblar. Bildirilib ki, bu il  turnirin qalibləri Premyer Liqadakı komandalardan 440 dəfə az pul […]

Dünya

Fransa dünyanın ən uzun mal əti sendviçini hazırlandı

Fransada keçirilən “Festival de la viande” (“Ət festivalı”) iştirakçıları sentyabrın 4-də “France Bleu” nəşri tərəfindən təqdim edilən ən uzun ətli sendviçin hazırlanması üzrə dünya rekordunun sahibi olublar. Həftə sonu Evron şəhərində keçirilən 57-ci festivalda nümayiş edilən mal əti sendviçinin uzunluğu 241,20 metrdir. Onun hazırlanmasına 400 uzun çörək (baget) lazım olub. Dünyanın ən uzun mal əti […]

Dünya

Böyük Adron Kollayderi dayandırıla bilər

Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) qitədəki enerji böhranı səbəbindən Böyük Adron Kollayderinin işinin dayandırıla biləcəyini etiraf edib. Bu barədə enerji idarəetmə təşkilatının komissiya rəhbəri Serj Klode açıqlama verib. Onun sözlərinə görə, CERN tələbatın ən yüksək olduğu dövrlərdə bəzi hissəcik sürətləndiricilərini dayandırmaq planları hazırlayır və lazım gələrsə, kollayderi də dayandırmağı düşünür. “Bizim narahatçılığımız şəbəkənin sabitliyidir, çünki […]