Dünya

“Twitter” İlon Maskın şəxsi mesajlarını oxumaq istədi

Sharing is caring!

“Twitter” şirkəti “SpaceX”in rəhbəri İlon Maskdan smartfonundakı bütün mətn mesajlarını təhvil verməsini tələb edib. Şirkət bunun məhkəmə yolu ilə edilməsini istəyib və 2022-ci ilin birinci yarısı üçün bütün mesajları əldə etmək istədiyini bildirib.

Belə ki, sosial şəbəkə milyarderin şirkətin alınması ilə bağlı 44 milyard dollarlıq sövdələşmənin sübutlarını gizlətdiyini düşünür.

Bildirilir ki, ABŞ hakimi Ketelin Makkormik bu ilin yanvarın 1-dən iyulun 8-dək bütün şəxsi yazışmalarını təqdim etməsi üşün Maska göstəriş verməlidir. “Twitter” Maskın baş köməkçisi Cared Birçalldan da həmin müddət ərzində mesajlarını tələb edib. Onların fikrincə, Birçall sosial şəbəkənin satın alınmasının maliyyələşdirilməsində fəal iştirak edib.

“Twitter” hüquqşünasları iddia edirlər ki, Mask və vəkilləri sövdələşmə ilə bağlı vicdanlı davranmayıblar. Maskın vəkilləri isə hər hansı qanun pozuntusunu inkar edirlər və əksinə, “Twitter”in özünün real informasiyanı gizlətdiyini vurğulayırlar.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir