Cəmiyyət

Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün yeni şans – DİM imtahan keçirir

Dövlət İmtahan Mərkəzinin (DİM) bu il keçirdiyi buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 456 9-cu və 11-ci sinif şagirdi, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün bu gün əlavə imtahan keçirəcək. DİM-dən verilən məlumata görə, bundan əlavə, bu gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd […]

Dünya

Yəməndə Əl-Qaidə tərəfindən girov saxlanılan BMT əməkdaşının görüntüləri yayılıb – VİDEO

Əl-Qaidə terror təşkilatı yeddi ay əvvəl Yəməndə girov götürülən BMT əməkdaşının videosunu yayıb. Banqladeş vətəndaşı olan BMT əməkdaşı videoda özünün və həmkarlarının həyatının təhlükədə olduğunu, tibbi yardıma ehtiyac duyduqlarını bildirib. Qeyd edək ki, BMT fevral ayında Ədəndə missiyadan qayıdan 5 əməkdaşının oğurlandığını bildirmişdi. Mənbə: Reuters Xeberal.az

Dünya

Ukraynada “Bayraktar”lar üç gündə 30 milyon dollar dəyərində Rusiya texnikasını məhv etdi

Ukraynada üç gün ərzində bir cüt “Bayraktar” pilotsuz uçuş aparatı Rusiyanın təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “Telegram” hesabında yazıb. “Üç gün ərzində, avqustun 31-dən sentyabrın 2-dək bir cüt “Bayraktar” pilotsuz uçuş aparatı düşmənin təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib. Bunlar […]

Cəmiyyət

Belarus Rusiya və Azərbaycanla marşrut üzrə yeni sürətli qatar layihəsinə start verib

Belarus-Rusiya-Azərbaycan marşrutu üzrə yeni sürətli qatar layihəsinə start verilib. “Report”un xəbərinə görə, bunu “Belarus Dəmir Yolları” Dövlət Birliyi rəhbərinin birinci müavini Petr Dulub deyib. O, qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Hindistan istiqamətində marşrutlar mövcuddur. Petr Dulub “Belarus Dəmir Yolları”nın xarici ticarət mallarının çatdırılması üçün alternativ nəqliyyat və logistika zəncirləri üzrə […]

İdman

“Barselona” səfərdə “Sevilya”nı darmadağın etdi – VİDEO

La Liqada 4-cü turun oyunları davam edir. Oxu.Az xəbər verir ki, 2-ci oyun günündə daha 3 matç keçirilib. “Barselona” səfərdə “Sevilya”ya böyük hesabla qalib gəlib. “Atletiko” isə “Real Sosyedad”la heç-heçə edib. Qeyd edək ki, hazırda La Liqada turnir cədvəlinə 12 xalla “Real” liderlik edir. “Barselona” 10 xalla 2-ci, “Betis” isə 9 xalla 3-cüdür. “Sevilya”-“Barselona” – 0:3 […]

İdman

“Qarabağ”ın rəqibi evdə PSJ-yə böyük hesabla uduzdu – VİDEO

Futbol üzrə Fransa çempionatının son qalibi PSJ səfərdə Avropa Liqasında “Qarabağ”ın qrupdakı rəqibi “Nant” klubu ilə qarşılaşıb. Oyun parislilərin üstünlüyü şəraitində keçib. Rəqib qapısından 3 cavabsız qol keçirən PSJ-nin futbolçuları səfərdə inamlı qələbə qazanıb. “Nant”- PSJ – 0:3 Qollar: Mbappe, 18, 54, Nunu Mendeş, 68   Xeberal.az

Dünya

Kolumbiyada polisin yoluna bomba düzdülər: Çox sayda əməkdaş həlak oldu

Kolumbiyanın Huila departamentində naməlum şəxslər polis maşınının yoluna bomba yerləşdiriblər. Partlayış nəticəsində səkkiz hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. Bu barədə ölkənin Prezidenti Qustavo Petro “Twitter” hesabında yazıb. O, insidenti Kolumbiyada sülhün bərqərar edilməsi işinin “açıq-aşkar təxribatı” adlandırıb. Bundan əvvəl Petro ölkədə fəaliyyət göstərən bütün silahlı qrupları zorakılıqdan əl çəkməyə və hökumətlə dialoqa başlamağa çağırıb. Xeberal.az

Dünya

Britaniyada yemək bişirmə saatları məhdudlaşdırıla bilər

Böyük Britaniyada enerji böhranı nəticəsində əhaliyə axşam saat 8-ə qədər yemək bişirmək qadağan oluna bilər. Pablar isə yalnız axşam saat 9-a qədər işləyəcək. Britaniyalılara saat 14:00-dan 20:00-a qədər paltaryuyan, qabyuyan maşın və sobadan istifadənin qadağan edilə bilər. İnsanlar həftə içi saat 18:00-da ailə yeməyindən və ya bazar günü 17:00-da qızardılmış yeməkdən imtina etməli və onu […]