Dünya

ABŞ öz şirkətlərinə Çində istehsalı genişləndirməyi qadağan etdi

ABŞ Konqresi ölkənin şirkətlərini yarımkeçiricilərin istehsalında Çinlə rəqabətə təşviq edən “Çip və Elm Aktı” (CHIP-plus) adlanan qanunu qəbul edib. Sənədə əsasən, dövlət tərəfindən maliyyələşən Amerika texnoloji nəhənglərinə Çində istehsalı genişləndirmək qadağan olunub. Qeyd edək ki, mikroçiplər avtomobillər və smartfonlar da daxil olmaqla, müxtəlif elektronika məhsullarında istifadə olunur. Mənbə: lenta.ru Xeberal.az

Dünya

Ukrayna taxılını daşıyan ilk gəmi Türkiyə ərazi sularına daxil oldu

Bazar ertəsi səhər saatlarında Odessa limanından ayrılan Syerra Leone bayrağı altında üzən və Ukrayna taxılı ilə yüklənmiş “Razoni” yük gəmisi çərşənbə axşamı yerli vaxtla saat 21:00 radələrində (Bakı vaxtilə saat 22:00-da) İstanbula çatacaq. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat verib. Gəminin artıq Türkiyənin ərazi sularına daxil olduğu bildirilib. “Birgə təftiş heyəti sabah səhər saatlarında gəmini […]

Cəmiyyət

YAP-ın Salyan təşkilatının sədr müavini yol qəzasında ölüb

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib. APA xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb. “Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində Fazil Sabir oğlu Məhərrəmov hadisə yerində ölüb, 6 nəfərin xəsarət alıb. Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Qeyd edə ki, Fazil Sabir […]

Cəmiyyət

Azərbaycanın 32 məscidinə dini rəhbər təyin olunub – SİYAHI

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün 02 avqust 2022-ci ildə keçirilmiş müsahibənin nəticələri açıqlanıb. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə […]

Dünya

Ağ Ev Nensi Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat yayıb

Ağ Ev ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, bu səfər Çinin suverenliyinin pozulması anlamına gəlmir. “ABŞ Pelosinin Tayvana səfəri zamanı Asiyadakı vəziyyəti yaxından izləyəcək.  Gərginliyin artması üçün heç bir səbəb yoxdur”, – Ağ Evdən qeyd edilib. Xeberal.az

Siyasət

Baş Nazirdən AzTv ilə bağlı QƏRAR

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu təsdiqlənib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, struktur aşağıdakı qaydada təsdiqlənib. 1. Departamentlər. 2. Direktorluq. 3. Şöbələr. 4. Bölmələr. Xeberal.az

Dünya

Çin Müdafiə Nazirliyi: “Ordu yüksək hazırlıq vəziyyətindədir”

Çin Müdafiə Nazirliyi ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərilə bağlı bəyanat yayıb. Bəyanatda Çin ordusunun yüksək hazırlıq vəziyyətində olduğunu bildirib. Qeyd olunub ki, ABŞ-ın bu hərəkətləri Tayvanın müstəqillik tərəfdarı olan qüvvələrə yanlış siqnal verir. Mənbə: TASS Xeberal.az

İdman

Stanislav Çerçesov: “Qarabağ”ın güclü və zəif tərəflərini bilirik”

“Biz rəqibi, onlar da bizi analiz edir. Bir-birimizin güclü və zəif tərəflərini bilirik. Amma indi bunu açıqlamayacağam. Oyun sabahdır və matç zamanı bütün amilləri nəzərə almalıyıq. “Qarabağ” çox güclü komandadır”. “Report” xəbər verir ki, bunu Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə […]

Müharibə

Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub

Avqustun 2-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Xeberal.az

Dünya

Çin ordusu Tayvanı mühasirəyə alacaq – FOTO

Çin Xalq Azadlıq Ordusu avqustun 4-dən 7-dək Tayvanın sahilyanı dəniz ərazilərində və hava məkanında “vacib hərbi təlimlər, o cümlədən canlı atəş fəaliyyətləri” keçirəcək. Bu barədə Sinxua Xəbər Agentliyi məlumat yayıb. Həmçinin, Çinin Xarici İşlər Nazirliyindən bildirilib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq, milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün […]