Dünya

Rusiyalılara ingilis dilindən beynəlxalq imtahan vermək qadağan edildi

Rusiya vətəndaşlarına ETS tərəfindən təşkil olunan TOEFL formatında (Test of English as a Foreign Language) ingilis dilindən beynəlxalq imtahan vermək qadağan edilib. Belə ki, platformadan Rusiya vətəndaşlarına imtahana yazılmağın mümkünsüzlüyü barədə mesaj göndərilir. “ABŞ Xarici Aktivlərə Nəzarət Departamentinin (OFAC) tələblərinə uyğun olaraq, biz sizin sorğunuzu icra edə bilmirik”, – mesajda bildirilir. Mənbə: lenta.ru Xeberal.az

İdman

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı və komandasının açıq məşqi – FOTOREPORTAJ

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu avqustun 3-ü “Qarabağ” və “Ferentsvaroş” arasında baş tutacaq.  Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək, görüş saat 20:00-da başlayacaq. Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı və komandanın açıq məşqi keçirilib. “Global Photo Stock”un əməkdaşı mətbuat konfransı və komandanın açıq məşqindən fotolar lentə alıb. Daha […]

Müsahibə

Zahid Məmmədov: “Elm və Təhsil Nazirliyi yanında “Professorlar yığıncağı” yaradılmalıdır” – MÜSAHİBƏ

İqtisad elmləri doktoru, professor Zahid Məmmədovun “Report”a müsahibəsini təqdim edirik: – Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı hansı istiqamətlərə fokuslanmalıyıq? – Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu cəmiyyətin inkişafının əsas göstəricisi deyil. Başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə ali təhsil sisteminin ən zəruri […]

İdman

Qurban Qurbanov: “Yaxşı komandaya qarşı oynayacağıq”

“Yaxşı komandaya qarşı oynayacağıq. Stanislav Çerçesov təcrübəli baş məşqçidir. Həm futbolçu, həm də məşqçi kimi yaxşı karyerası var. Ona görə də çox diqqətli olmalıyıq. Rəqibi daha yaxından tanımağa çalışacağıq. Futbolçularımızln üstünə böyük iş düşəcək. İnanıram ki, bacaracaqlar”. “Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Macarıstan “Ferentsvaroş”una qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III […]

Cəmiyyət

Vətən müharibəsi ilə bağlı serialın bir neçə bölümü ilin sonuna kimi təqdim olunacaq

44 günlük Vətən müharibəsi ilə bağlı serialın çəkilməsi prioritet məsələdir. APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, Türkiyə şirkəti ilə birgə işlər aparılır. “Əminik ki, bu ilin sonuna kimi serialın bir neçə seriyasını cəmiyyətə təqdim edəcəyik”,- deyə nazir bildirib. Xeberal.az

Mədəniyyət

Tofiq Quliyev və Müslüm Maqomayevin heykəllərinin quraşdırılmasına başlanılır

Tofiq Quliyev və Müslüm Maqomayevin heykəllərinin qoyulması istiqamətində işlər davam etdirilir. APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. O bildirib ki, hazırda quraşdırma işləri mərhələsindəyik. “Quraşdırma işləri başa çatdıqdan sonra açılış mərasimi barədə ictimaiyyətə məlumat veriləcək. Hələlik tarix məlum deyil”, -deyə Anar Kərimov bildirib. Xeberal.az

Dünya

ABŞ Kabayevaya qarşı sanksiya tətbiq etdi

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir. Bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, qurum keçmiş idmançı Alina Kabayevanı da sanksiyalar siyahısına əlavə edib. Bütövlükdə, 13 fiziki və 30-dan çox hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edilib. Xeberal.az

İqtisadiyyat

İnvestisiya dələduzluğu edənləri fərqləndirməyin YOLLARI

Azərbaycanda investisiya etməklə biznes qurmaq tədricən sərfəli hesab edilən sahələrdən birinə çevrilir. Amma bu sahə həm də dələduzluq edən şəxsləri cəlb etməkdədir. Belə ki, əsasən bu istiqamətdə yetəri qədər savad və məlumatı olmayan şəxslər bəzi fırıldaqçılar tərəfindən aldadılır. Bu özünü daha çox sosial şəbəkələrdə göstərməkdədir. Yalan məlumatların yer aldığı reklamlara aldanan vətəndaşlar nəticədə böyük məbləğdə […]