Cəmiyyət

Qaxda 63 yaşlı kişini ilan sancdı

Qaxda 63 yaşlı kişini ilan sancıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qum kəndində baş verib. Kənd sakini 1959-cu il təvəllüdlü Paşayev Vəli Soltan oğlu fındıq bağında iş görən zaman ilan onun sol ayağından sancıb. O, yaxınlarının köməkliyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada ona lazımi tibbi yardım göstərilib. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya […]

Cəmiyyət

Ağamirzə: “Mənim üçün İmam Hüseyn atamdan, anamdan, nəslimdən artıqdır”

“Dədə-babadan görmüşük ki, Məhərrəmlik gələndə iki ay insanlar yas saxlayıb. İndi də bunu davam etdirməlidirlər”.  Bu sözləri “Yeni Sabah”a meyxanaçı Ağamirzə Məhərrəm ayı haqda danışarkən deyib. O bildirib ki, bu iki ayda şadlıq məclisləri keçirənlərə pis baxmır, amma məsləhət də görmür: “Məhərrəm ayında Bakı kəndlərinin camaatı demək olar ki, şənlik keçirmir. Qonaq qismində harasa gedib […]

Cəmiyyət

Rasim Balayevi xəstələndirən Azərbaycan kinosu – VİDEO

Bu gün 2 avqust Azərbayana kino günü kimi qeyd olunur. Təqribən 124 ildir ki, ölkəmizdə müxtəlif ssenarilər üzrə, müxtəlif mövzularda kinolar çəkilir. Lakin, bir sual hələ də hərkəsi düşündürür. Azərbaycan kinosunun mövcud vəziyyəti nə yerdədir? Baku TV əməkdaşları bu sualı həm kinoların tamaşaçılarına həm də müəlliflərinə verib.  Şəhər sakinlərinin əksəri bildirib ki, yeni çəkilən filmlər […]

Dünya

Pelosi Tayvana səfərini şərh edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-də bəyan edib ki, onun Tayvana səfəri ABŞ-ın Tayvan demokratiyasını dəstəkləmək öhdəliyinin sübutudur. “Bizim səfərimiz qarşılıqlı təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və demokratik idarəetmə üçündür”, – Pelosi Tayvana gələrkən deyib. O qeyd edib ki, ABŞ nümayəndə heyətinin adaya səfəri heç bir halda ABŞ-ın 1979-cu il Tayvan Münasibətləri Aktına əsaslanan […]

Mədəniyyət

Xalq mahnılarının gizli müəllifi, erməni komendantın qovduğu bəstəkar – O KİMDİR?

Getmə, kimsəsizəm, qal, sənə qurban, Ömürlük həmdəmim ol, sənə qurban! Bəlkə də çoxunuz bu mahnını əzbər bilirsiniz. Bəs, bu mahnının bəstəkarı? Bəli, mahnı əksəriyyətinizə tanışdır. Əsas da yaşlı və orta nəslə. “Qal, sənə qurban”ı zaman-zaman fərqli ifaçıların dilindən eşitmişik. Yaxşı, mahnını bilirik. Bu sözlərin müəllifi, bəs? Çox təəssüf ki, müəllif çoxunuza məlum deyil.  Lent.az bu […]

Cəmiyyət

İdris Cəfərov: “Vaqif Mustafayevə görə ölkəni tərk etdim” – VİDEO

“Qadın bir çox halda istədiyinə deyil, təklif edənə ərə gedir”. Bunu Baku TV-də yayımlanan “O kimdir?” verilişinin növbəti buraxılışında qonaq olan aparıcı-prodüser İdris Cəfərov deyib. Evliliklə bağlı sualı cavablandıran prodüser ailə quran dostlarına nikah müqaviləsi bağlamağı məsləhət gördüyünü deyib.  “Şərti şumda kəsmək lazımdır. Biləsiniz ki, bir-birinizə qarşı maddi deyil, mənəvi gözləntiniz var”, – deyə o […]

İdman

“Ferentsvaroş”un əslən azərbaycanlı prezidenti Bakıya gəlib

Macarıstanın “Ferentsvaroş” klubunun əslən azərbaycanlı prezidenti Qabor Kubatov Bakıya gəlib. Budapeşt təmsilçisinə yaxın mənbədən “Report”a verilən məlumata görə, o, şəxsi təyyarəsi ilə yenicə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Funksioner Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyurub. Kubatovun Azərbaycanla bağlılığına da toxunan mənbə bildirib ki, Macarıstan […]

Siyasət

ABŞ Azərbaycanın narkotik qaçaqmalçılarının qarşısını almaq bacarığını dəstəkləyir

ABŞ Xəzər dənizində sərhəd və dəniz təhlükəsizliyi üzrə Azərbaycanla tərəfdaşdır. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi açıqlama yayıb. “ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara ölkəmizə səfər edən doktor Jaklin Kellon ilə görüşüb. Doktor Kellon Beynəlxalq Təhlükəsizlik və Nüvə silahlarının Yayılmaması üzrə Dövlət Departamentinin İxrac Nəzarəti və Əməkdaşlıq İdarəsinin, İxrac Nəzarəti və Əlaqəli Sərhəd Təhlükəsizliyi (EXBS) […]

Dünya

Çin qırıcıları Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub

Çərşənbə axşamı ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taypeyə səfəri zamanı ən azı 21 Çin Xalq Azadlıq Ordusunun döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub. Bu barədə adanın müdafiə departamenti öz saytında məlumat yayıb. Qırıcılar adanın cənub-qərbindəki su sahəsinin ətrafında uçub. Eyni zamanda, onlardan bəziləri Tayvan boğazının orta xəttinə yaxınlaşıb. Uşuş vaxtları qeyd […]

Cəmiyyət

Bakıda Dəniz Limanında GƏMİ YANDI

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. […]