Cəmiyyət

Sumqayıtda 8 yaşlı uşağı avtomobil vurub

Sumqayıtda 8 yaşlı uşağı avtomobil vurub. “Report” xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsində qeydə alınıb. Belə ki, 2014-cü il təvəllüdlü Alışov Əfsər Taleh oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır. Xeberal.az

Dünya

Fernando Alonso “Aston Martin”ə keçir

“Aston Martin Aramco Cognizant” F1 komandası 2023-cü il mövsümü üçün yeni sürücünün adını açıqlayıb. Bu yaxınlarda təqaüdə çıxdığını elan edən Sebastyan Fetteli Fernando Alonso əvəz edəcək. İspaniyalı artıq komanda ilə çoxillik müqavilə imzalayıb. Razılaşmanın detalları gizli saxlanılır. Mənbə: motor.ru Xeberal.az

Dünya

Yeni Zelandiya Rusiya hərbi sənaye kompleksi və Rusiya Silahlı Qüvvələrinə sanksiyalar tətbiq edib

Yeni Zelandiya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalara Rusiyanın hərbi sənaye kompleksinin müəssisələri və Rusiya Federasiyası Silahlı Qüvvələri daxil olub. Bu barədə ölkənin xarici işlər naziri Nanaiya Mahuta bildirib. “Bu gün biz Silahlı Qüvvələrin növləri və ayrı-ayrı bölmələri, o cümlədən logistik dəstək, eləcə də hərbçilərin silah və texnika ilə təmin edilməsinə cavabdeh olan […]