İdman

Emrelinin komandası Çempionlar Liqasında qələbə qazandı

Bu axşam futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Oxu.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma keçirilir. Onlardan bəziləri artıq başa çatıb. Açılış matçında “Şerif” Moldovada Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edib. Görüş qonaqların minimal hesablı üstünlüyü ilə yekunlaşıb – 1:2. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” […]

Dünya

Çin XİN: “Nüvə silahından ilk istifadə edən tərəf olmayacağıq”

Çin ilk olaraq nüvə silahından istifadə etmək niyyətində deyil. Bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi bəyan edib. O, bildirib ki, Nüvə razılaşmasına qayıdış sanksiya təhlükəsi ilə müşayiət olunmamalıdır. XİN nümayəndsi bəyan edib ki, ABŞ öz nüvə silahlarını Avropadan çıxarmalı və dünyanın başqa yerlərində yerləşdirməməlidir. Mənbə: TASS Xeberal.az

Dünya

Britaniyada son 175 ildə ilk dəfə köpəkbalığı insana hücum etdi

Son 175 ildə ilk dəfə Britaniya sahillərində bir qadın köpək balığının hücumuna məruz qalıb. Hücumun qurbanı Kornuoll sahillərində snorkelinqlə məşğul olan üzgüçü olub. Köpəkbalığı britaniyalı qadının ayağından yapışıb, lakin xanım müqavimət göstərdikdən sonra yırtıcı onu buraxıb. Zərərçəkmiş sahilə üzərək çıxa bilib və ona lazımi yardım göstərilib. Mənbə: gazeta.ru Xeberal.az

MARAQLI

NASA Andromeda qalaktikasının ən böyük və təbii rəngdə şəklini yayımlayıb – FOTO

NASA-nın “Instagram” səhifəsində Süd Yolundan 2,5 milyon işıq ili uzaqlıqda yerləşən Andromeda qalaktikasının indiyə qədər dərc olunan ən böyük fotosu paylaşılıb. Təsvirdə 100 milyondan çox ulduzun olduğu qalaktikanın 48 000 işıq ili boyu uzanması əks olunub. Şəklin “Hubble” kosmik teleskopu ilə təbii görünən rəngdə çəkildiyi bildirilir. Geniş görüntü postda üç hissəyə bölünür, sonuncu hissədə təsvirə səpələnmiş […]

Dünya

Moskvada kafe işçisi ilk iş günündə həmkarları tərəfindən zorlandı

Moskvada kafe işçisi ilk iş günündəcə iki həmkarı tərəfindən zorlanıb. 22 yaşlı qadın faktla bağlı paytaxt polisinə müraciət edib. Zərərçəkənin dediyinə görə, onu 27 və 25 yaşlı həmkarları zorlayıb. Xanımın sözlərinə görə, o, işdən sonra iş yoldaşları ilə bara gedib və həddən artıq içki qəbul edib. O, gənclər tərəfindən hotelə aparıldığını, bundan sonra isə başına gələnləri […]

Dünya

Aİ Ukraynaya 1 milyard avro yardım köçürdü

Avropa İttifaqı Ukraynaya 1 milyard avro məbləğində makromaliyyə yardımının köçürülməsini tamamlayıb. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib. O, çərşənbə axşamı sosial mediada yazıb ki, bu vəsait Ukraynaya təcili maliyyə ehtiyaclarını ödəməyə kömək edəcək. Qeyd edək ki, yardımın ilk 500 milyon avroluq hissəsi avqustun 1-də, yarısı isə avqustun 2-də köçürülüb. Mənbə: […]

Dünya

ABŞ-ın Pekindəki səfiri XİN-ə çağırıldı

Çinin Xarici İşlər Nazirliyi ABŞ-ın ölkədəki səfiri Nikolas Bernsi quruma çağırıb. Amerikalı diplomata ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərilə bağlı etiraz məktubu təqdim edilib. Qeyd edək ki, Çin tərəfi Pelosinin adaya səfərini öz süverenliyinin pozulması kimi dəyərləndirib. ABŞ rəsmiləri isə bunun heç də belə olmadığını bildiriblər. Mənbə: TASS Xeberal.az

Dünya

Braziliyada siam əkizləri virtual reallıqdan istifadə edilərək ayrılıb

Rio-de-Janeyrodakı Paulo Nimeyer Neyrocərrahiyyə İnstitutunun (IEC) alimləri virtual reallıqdan istifadə edərək siam əkizləri Artar və Bernandonu ayırıblar. Bunun üçün 100 nəfərlik tibbi qrup lazım olub. Əməliyyat 23 saat çəkib. Müdaxilədə iştirak edən cərrahlar bildiriblər ki, bu, onların bütün peşə həyatında ən çətin prosedurdur. Əkizlərin birləşmiş kəllə sümüyü, beynin bir hissəsi, həmçinin ümumi həyati arteriyaları olub. […]

İdman

Ronaldu “Twitter”də ən çox təhqir edilən futbolçu oldu

Kriştianu Ronaldu ötən mövsüm “Twitter”də ən çox təhqir edilən Premyer Liqa oyunçu olub. Bu barədə Alan Tyurinq İnstitutunun alimlərinin araşdırmasına istinadən “Ofcom” məlumat yayıb. Tədqiqatçılar 2021/22 mövsümünün ilk beş ayında yazılmış 2,3 milyon tviti təhlil ediblər. Onlardan təxminən 60 mini təhqiredici olub. Həmin tvitlərdən 12520-si Ronalduya ünvanlanıb. Harri Maquayre 8954 tvitlə ikinci, Markus Reşford isə […]

İdman

“Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı – FOTOREPORTAJ

Avqustun 3-ü Tofiq Bəhramov stadionunda “Qarabağ” və “Ferentsvaroş” matçı baş tutacaq.  Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin matçından öncə qonaq komandanın baş məşqçisi Stanislav Çerçesov və hücümçu Tokmak Nquenin mətbuat konfransı keçirilib.  “Global Photo Stock”un əməkdaşı mətbuat konfransından fotolar lentə alıb. Daha çox şəkil burada: Photostock.az Xeberal.az