Dünya

Bolqarıstanda böhran: Nazirlər istefa verdilər

Bolqarıstanın “Belə bir xalq var” populist partiyasından olan energetika naziri Aleksandr Nikolov və xarici işlər naziri Teodora Gençevskaya bazar ertəsi istefa veriblər. Bu barədə “Novinite” nəşri yazıb. Bu istefalardan əvvəl “Belə bir xalq var” partiyasının nazirləri Qrozdan Karadjov (Regional İnkişaf və Təkmilləşmə Nazirliyi) və Radostin Vasilyev (İdman Nazirliyi) istefa veriblər. Onlar Slavi Trifonovun öz partiyasını […]

İqtisadiyyat

Nazir müavini: “Horadiz-Ağbənd avtomobil yolunun 35 faizinin inşası yekunlaşıb”

“Zəngəzur dəhlizini formalaşdıran Horadiz-Ağbənd avtomobil yolunun 35%-nin, dəmiryolunun isə 50%-nin inşası yekunlaşıb”. “Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib. Nazir müavini əlavə edib ki, Azərbaycanın Qərb regionları ilə Naxçıvanı birləşdirəcək dəmiryolu xəttinin inşası üzrə danışıqlar hazırda davam edir: “Uzun illər işğal altında olan torpaqlar azad olunduqdan dərhal sonra […]

Cəmiyyət

Şamaxıdakı dəhşətli qəzanın yeni detalları: Tur şirkətinin adı bilindi – YENİLƏNİB + VİDEO

Şamaxı-Bakı yolunda qəzaya uğrayan avtobusdakı şagirdlərin təhsil aldığı 279 saylı məktəbin direktoru Südabə Abdullayeva hadisə ilə bağlı danışıb.  “Sputnik Azərbaycan”a danışan S.Abdullayeva bildirib ki, gəzinti istirahət günü təşkil olunduğundan hadisədən gecə saatlarında xəbər tutub: “Mənə bu gəzinti barədə heç kəs məlumat verməyib. Sinfin müəllimini də valideynlər qonaq ediblər. Arzu müəllim də bu qəzada ciddi xəsarət […]

Mədəniyyət

“The Squid Game” fanatlarına ŞAD XƏBƏR: İkinci mövsüm üçün “yaşıl işıq” yandı – FOTO/VİDEO

“Netflix” Cənubi Koreya istehsalı olan “Kalmar oyunu” (“The Squid Game”) serialının ikinci mövsümünün tizerini yayımlayıb. Müvafiq video şirkətin rəsmi “Twitter” səhifəsində dərc edilib. “Qırmızı işıq… Yaşıl işıq! “Squid Game” rəsmi olaraq ikinci mövsümü ilə geri dönür”, – deyə platformanın açıqlamasında deyilir. Layihənin rəsmi buraxılış tarixi hələ açıqlanmayıb. Bununla belə, sosial şəbəkədə serialın ikinci mövsümünün 2024-cü […]

Cəmiyyət

Dövlət İmtahan Mərkəzinin qarşısında etiraz aksiyası – VİDEO

Ötən gün keçirilən doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarında iştirak edən bir qrup şəxs Dövlət İmtahan Mərkəzinin (DİM) qarşısında etiraz aksiyası keçirib. Onlar bildiriblər ki, dörd il ərzində ingilis dili fənni tədris olunmasa da, imtahana salınıb.  Etirazçılar dövlət attestasiya komissiyasına müraciət edərək bu tələbin aradan qaldırılmasını istəyirlər. Ətraflı videonu təqdim edirik: […]

İqtisadiyyat

SOCAR Tayvana ilk dəfə karbondan təmizlənmiş xam neft göndərib

“CPC Corp” neft emalı şirkəti bazar günü Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Trading”dən ölkənin ilk karbon dioksiddən təmizlənmiş xam neft yükünü qəbul edib. Bu barədə CPC neft emalı şirkəti açıqlama yayıb. Qeyd olunub ki, Tayvan 2050-ci ilə qədər dekarbonizasiyanı hədəflədiyi üçün neft emalı zavodu könüllü karbon əvəzləmələri vasitəsilə öz karbon izini […]

Cəmiyyət

Səhiyyə Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nümayəndə heyəti ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, Türkiyə və Azərbaycan tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olublar və ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri dövlət başçılarının sayəsində bu gündə ən yüksək səviyyədədir. Türkiyə və Azərbaycan arasında tibb sahəsində […]

Cəmiyyət

Suyuna “peyin cücüsü” daraşdığı iddia edilən Novxanı çimərliyində nə baş verir? – AÇIQLAMA + FOTO

Novxanı çimərliyində dənizin böyük bir kanalizasiya hövzəsinə çevrilməsinə dair məlumatlar yayılıb. Sosial şəbəkələrdə paylaşılan məlumatlara əsasən, kanalizasiya suları dənizə axıdıldığından üfunətdən dayanmaq mümkün deyil. Bəs bu halda su necə, çimməyə yararlıdırmı? Məsələyə aidiyyəti qurumların da mövqeyini öyrəndik. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Oxu.Az-a açıqlamasında Novxanı çimərliyində kəskin qoxu və dəniz […]

Dünya

Futbolda qaydalar dəyişdi – YENİLƏNİB

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib. Koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb. Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib. Habelə, […]

İqtisadiyyat

Baba Rzayev: “2024-cü ildə Naxçıvan Azərbaycanın enerji sisteminə qoşulacaq”

“Azərenerji” ASC 2023-2024-cü illərdə Naxçıvan elektrik şəbəkəsini Azərbaycanın ümumi enerji sisteminə qoşmağı planlaşdırır. “Report” xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev deyib. Onun sözlərinə görə, qoşulma “Azərbaycan, Türkiyə və Avropa ölkələrarası enerji layihəsi” çərçivəsində baş tutacaq: “Yaşıl enerji” zonasının yaradılması və onun həm daxili istehlakımızı təmin etmək, həm də xaricə – Avropa ölkələrinə […]