Dünya

Futbolda qaydalar dəyişdi – YENİLƏNİB

Sharing is caring!

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) komandalara oyun ərzində 5 əvəzetmədən istifadəyə imkan verən qaydaları daimi əsasda təsdiqləyib.

Koronavirus pandemiyası dövründə komandaların kadr çatışmazlığı üzündən tətbiq olunmuş qayda qüvvədə saxlanılıb.

Bu qayda aparıcı milli və beynəlxalq yarışlarda 5 əvəzetmədən istifadəyə imkan verəcək. IFAB bütün futbol ictimaiyyətinə bu düzəlişin daimi əsasda qaydalarda yer almasını tövsiyə edib.

Habelə, ehtiyatdakı maksimal oyunçu sayının 12-dən 15-dək artırılması qərara alınıb. Bu, yarış təşkilatçılarının istəyindən asılı olacaq.

10:12

Bu gün Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) əsas qanunverici orqanı pandemiya səbəbindən 2020-ci ilin may ayında tətbiq edilən müvəqqəti qaydanı müzakirə edəcək.

Turnir təşkilatçılarının istəyi ilə 2022/23 mövsümünə qədər onun istifadəsinə icazə verilib. İndi  bir oyunda beş əvəzetmə rəsmi daimi qaydaya çevriləcək.

Həmçinin IFAB-ın gündəliyində beyin sarsıntısı zamanı əlavə əvəzetmə və yarımavtomatik ofsayd aşkarlamasının tətbiqi müzakirə olunur.

Mənbə: BBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir