Dünya

Şahzadə Harri hər kəsin gözü qarşısında atdan yıxıldı – FOTO

Şahzadə Harri Kaliforniyada dostları ilə polo oynayarkən atdan yıxılıb. Hadisə Şahzadə Harrinin Santa-Barbaradakı polo klubunda “Los Padres” komandasında çıxış etdiyi zaman baş verib. Qeyd olunur ki, komanda sonda 12-11 hesabı ilə uduzub. Lakin paparatsilərin çəkdikləri fotolarda Sasseks hersoqu sıxıntılı görünmür – onun dostları, amerikalı müğənni Ketrin Marfi, onun həyat yoldaşı, bəstəkar  Devid Foster və oğulları […]

Dünya

Rusiyaya məxsus şirkətin səhmlərinin Gürcüstana pulsuz verilməsi ilə bağlı danışıqlar başa çatıb

Rusiyanın “Alfa Group” şirkətinə məxsus “IDS Borjomi International”ın səhmlərinin Gürcüstana verilməsi ilə bağlı danışıqlar başa çatıb. Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib. “Biz “Borjomi”nin səhmdarları ilə danışıqları uğurla başa çatdırmışıq və dövlətimiz, Gürcüstan hökuməti “Borjomi” zavodunun sahibi olan qrupun səhmdarına çevriləcək. Səhmlər pulsuz olaraq bizə veriləcək. Bundan sonra dövlətimiz bizim, necə […]

Kriminal

Bakıda hoteldə ərəb qadın öldü

Bakıda hotellərdən birində ölüm hadisəsi baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail rayonu, Şıx qəsəbəsi Salyan şosesində yerləşən hotellərdən birində Qətər vətəndaşı, 1976-cı il təvəllüdlü Safya Jabir Braid dünyasını dəyişib. Bildirilir ki, 46 yaşlı qadın iyunun 10-da ailəsi ilə birlikdə Qətərdən Bakıya turist kimi gəlibmiş. İlkin ehtimala görə, S.Braid xəstəlikdən vəfat edib.  Ölüm faktı ilə əlaqədar […]

İqtisadiyyat

Regiondakı geosiyasi vəziyyət Azərbaycan üzərindən yükdaşımalara necə təsir göstərir? – AÇIQLAMA + FOTO

Hazırda beynəlxalq yükdaşımaları sahəsində bütün diqqətlər Azərbaycanın yerləşdiyi regiona yönəlib. Bu barədə “Report”a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyib. Ekspert qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin başlaması bu regiona marağı artırıb: “Azərbaycanın əsas yükdaşıma fəaliyyəti avtomobil yolları üzərindəndir. Sonrakı sırada ardıcıl olaraq boru nəqliyyatı və dəmiryolu gəlir. Gəmi və hava yolu ilə yükdaşımalarımız daha azdır. […]

Dünya

ABŞ və Çin bir-birinə barmaq silkələyir: İki nəhəngin hərbi münaqişə riski – TƏHLİL

Sinqapurda keçirilən Şanqri-La Dialoq Forumu ABŞ-Çin qarşıdurmasını hərbi eskalasiyaya sürükləyən siqnallarla yadda qaldı. Forum çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin çinli həmkarı Vey Fenhe ilə üzbəüz görüşüb, lakin görünür ki, bu görüş hərbi liderlərin sonrakı çıxışı üçün bir-birinə qarşı təhdidedici fondan başqa bir şey qazandırmayıb. ABŞ-Çin münasibətləri Rusiya-Ukrayna müharibəsi kontekstində sınağa çəkilir, onsuz da rəvan […]

Kriminal

“Bandotdel”dən Bakıda əməliyyat: Saxlanılanlar var – FOTO/VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən üzərilərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Nazirlikdən verilən məlumata görə, keçirilən tədbirlər zamanı Əli Abbaslı, tanışı Ələkbər Məmmədov, Aqil Qarayev və Hamlet Vəliyev narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindikləri […]

Siyasət

ABŞ dövlət katibinin müavini Azərbaycana gəlib

ABŞ dövlət katibinin Demokratiya, İnsan Haqları və Əmək Məsələləri üzrə müavini Kara Makdonald Azərbaycana gəlib. ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfər iyunun 15-dək davam edəcək. “Səfər zamanı o, hökumət rəsmiləri, demokratiya və insan haqları sahəsində çalışan fəallar, müstəqil media və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcək. Dövlət katibinin müavini K.Makdonald Demokratiya, İnsan Haqları və […]

Siyasət

Bayramov-Şahidi görüşü: Nələr müzakirə olundu? – YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının prezidenti Abdulla Şahid ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, beynəlxalq təşkilatın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov qonağı salamlayaraq, BMT […]

İdman

“Mançester Siti” super-transfer xəbərini görüntü ilə elan etdi – VİDEO

Almaniyanın “Borussiya” (Dortmund) klubunun sabiq hücumçusu Erlinq Holann İngiltərənin “Mançester Siti” klubu ilə müqavilə bağlayıb. “Mançester Siti”nin rəsmi “Twitter” səhifəsində futbolçunun kluba keçidi münasibəti ilə xüsusi hazırlanmış video da təqdim edilib. Qeyd edək ki, 22 yaşlı hücumçu kollektivə iyulun 1-dən qoşulacaq. Onun müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə olacaq. HE’S HERE! ? pic.twitter.com/JuZEtzTWbv — Manchester City […]

Mədəniyyət

Azərbaycanda ilk və yeganə muzey: Əsrarəngiz görünüşlü Neon Sənət Muzeyi – FOTOREPORTAJ

Bakının Novxanı kəndində yerləşən unikal Neon Sənət Muzeyi (ev muzeyi) fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir. Öz parlaq işığı və rəngləri ilə rəssamları özünə cəlb etmək üçün neon kəşf edildiyi 19-cu əsrin sonlarından indiyədək xeyli yol keçib. Neon sənəti ultrabənövşəyi işığın altında neonun əks olunmasının təsirinə əsaslanan rəsmdir, onun parıltı illüziyası və 3D effekti sayəsində […]