Mədəniyyət

Azərbaycanda ilk və yeganə muzey: Əsrarəngiz görünüşlü Neon Sənət Muzeyi – FOTOREPORTAJ

Sharing is caring!

Bakının Novxanı kəndində yerləşən unikal Neon Sənət Muzeyi (ev muzeyi) fasaddan interyerə qədər neon üslubda bəzədilmiş iki mərtəbədən ibarətdir.

Öz parlaq işığı və rəngləri ilə rəssamları özünə cəlb etmək üçün neon kəşf edildiyi 19-cu əsrin sonlarından indiyədək xeyli yol keçib. Neon sənəti ultrabənövşəyi işığın altında neonun əks olunmasının təsirinə əsaslanan rəsmdir, onun parıltı illüziyası və 3D effekti sayəsində şəkillər canlanır.

Fərid Ələkbərov Azərbaycanın ikonik neon rəssamlarından biri kimi qəbul edilir. O, Azərbaycanda ilk və yeganə Neon Sənət Muzeyinin təsisçisidir.

Muzeyin yerinin seçilməsi təsadüfi deyil, belə ki, rəssam uşaqlıqdan bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub. O hesab edir ki, dənizin təmiz havası insana sərbəst nəfəs almağa imkan verir və başqa hisslər yaşadır.

Muzeydə sözün əsl mənasında döşəmədən tavana kimi bütün səthlər ultrabənövşəyi şüalar altında parıldayan neon rəsmlərlə örtülüb.

Muzeyə getmək istəyənlər üçün qeyd edək ki, hər gün fəaliyyət göstərir və biletin qiyməti 8 AZN təşkil edir. Dörd nəfər və daha çox iştirakçının olduğu qrup şəklində səfər etdiyiniz zaman bir nəfər üçün biletin qiyməti – 6 AZN təşkil edir. Beş yaşa qədər uşaqlar üçün isə biletlər ödənişsizdir.

Xatırladaq ki, əsrarəngiz rəngləri görə bilmək üçün muzey 17:00-dan sonra fəaliyyət göstərir.

Global Photo Stockun əməkdaşı sözügedən muzeydə olub və əsrarəngiz görüntülərdən fotoreportaj hazırlayıb:

Daha çox şəkil burada: Photostock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir