Araşdırma

Beyləqan Elektrik Şəbəkəsinin keçmiş işçisi: “2021-ci ildən şəbəkədə rüşvət halları artıb”

“Mən bunların qanunsuz əməllərindən yazdıqca, bunları çağırıb sorğu-sual etməkdənsə, vəzifələri artırılır” “Məsələn, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rayonda 200-dən çox artezian quyusu var. Həmin quyuların sayğaclarındakı rəqəmlər hər ay 2-3 dəfə şişirdilir, bir müddətdən sonra izi itirmək üçün həmin sayğaclar qəsdən yandırılır. Hərbi hissələr var ki, yerləri dəyişdirilib, köhnə hərbi hissələrin sayğacları yoxdur, deyək ki, […]

Siyasət

Buzovna qayalıqları məhv edilir: Sakinlər Prezidentə müraciət etdilər – VİDEO

Buzovna qəsəbəsinin ərazisində yerləşən qayalıqların əksəriyyəti qanunsuz olaraq zəbt edilərək məhv edilməkdədir.  Bununla bağlı “Buzovna TV” “YouTube” kanalı məlumat yayıb. Bildirilib ki, müxtəlif şəxslər tərəfindən qayalıqlar qanunsuz məhv edilir, yerində yeni tikililər inşa olunur. Buzovna qəsəbəsinin bir qrup sakini bununla bağlı Prezidentə müraciət edib. Müraciətdə bildirilir: “Biz, qayalıqlarımızı səmimi qəlbdən sevən yerli sakinlər daha buna dözə, […]

Kriminal

Yaşıllaşdırma idarəsinin əməkdaşı faciəli şəkildə öldü

Yardımlıda 40 yaşlı kişini elektrik cərəyanı vurub. Bu barədə Yardımlı Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, iyunun 11-i saat 13 radələrində Yardımlı rayon sakini, 1982-ci il təvəllüdlü Sərhad Sultanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, Yardımlı Rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsində gözətçi işləyən Sərhad Sultanov Viləş çayının Yardımlı şəhərindən keçən hissəsinin […]

İdman

Avropa çempionu olan minifutbol millimiz Bakıda – FOTO/VİDEO

Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatının qalibi olan minifutbol millimiz bu gün Vətənə dönüb. Oxu.Az-ın xəbərinə görə, Elşad Quliyevin baş məşqçisi olduğu millimizi azarkeşlər, futbol ictimaiyyəti qarşılayıb. Qeyd edək ki, millimiz tarixində ikinci dəfə qatıldığı Avropa çempionatının finalında Rumıniya millisinə 1:0 qalib gələrək qızıl medalların sahibi olub. Daha çox şəkil burada: Photostock.az Səbuhi Musa Foto: […]

Hadisə

Azərbaycanda müəllim və şagirdlər ağır QƏZAYA DÜŞDÜ: Ölən var – VİDEO

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xəbəral.az ölkə.az-a istinadla xəbər verir ki, qəzaya düşən avtobusun Bakının Günəşli massivində yerləşən 279 nömrəli məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Qəza nəticəsində həyatını itirən şəxsin olduğu söylənilir. Onlar Şamaxıda istirahət edib Bakıya qayıdırmışlar. Xəbəral.az

İdman

“Şamaxı”nın sabiq futbolçusu azərbaycanlı xanımla Kamerunda toy etdi – VİDEO

“Keşlə”nin (indi “Şamaxı” adlanır) sabiq hücumçusu Anatoli Abanq özünə Kamerunda toy edib. Msport.az xəbər verir ki, paytaxt Yaounde şəhərində keçirilən məclisdə futbolçunun yaxınları iştirak ediblər.  Qeyd edək ki, Abanq azərbaycanlı Adelya xanımla ailə qurub. Cütlük hücumçu hələ “Keşlə”də çıxış edərkən Bakıda da toy məclisi qurmuşdular. 25 yaşlı forvard hazırda Birləşmiş Ərəb Əmirliyinin “Əl Bataeh” klubunda forma […]

Bölgə

Masallıda antisanitar vəziyyət artıq “pik” həddinə çatıb: Ekologiya nazirliyi isə yatıb – VİDEO

Son günlər sosial şəbəkələrdə Masalıı ərazisində olan çay, su anbarı və digər  yerlərdə tökülmüş zibil tullantılarının şahidi oluruq. Görəsən Masalııda kı,  aidiyyatı qurumlar buna niyə nəzarət etmir?! Redaksiyamıza daxil olan şikayət əsasında,  əməkdaşımız Masallı şəhərində olub və orada  dəhşətli bir mənzərə ilə rastlaşıb. Belə ki,  “Rabitəbank”ın yanında (şəhərin düz  mərkəzində) xeyli zibil tullantılarının töküldüyünü  şahidi olub,  […]