Dünya

Rusiyaya məxsus şirkətin səhmlərinin Gürcüstana pulsuz verilməsi ilə bağlı danışıqlar başa çatıb

Sharing is caring!

Rusiyanın “Alfa Group” şirkətinə məxsus “IDS Borjomi International”ın səhmlərinin Gürcüstana verilməsi ilə bağlı danışıqlar başa çatıb.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

“Biz “Borjomi”nin səhmdarları ilə danışıqları uğurla başa çatdırmışıq və dövlətimiz, Gürcüstan hökuməti “Borjomi” zavodunun sahibi olan qrupun səhmdarına çevriləcək. Səhmlər pulsuz olaraq bizə veriləcək. Bundan sonra dövlətimiz bizim, necə deyərlər, milli irsimizin, qürurumuzun – “Borjomi”nin ortaq sahibi olacaq”, – deyə Qaribaşvili bildirib.

O qeyd edib ki, səhmlərin ötürülməsi üzrə əməliyyat beynəlxalq hüquq normalarına tam uyğundur. Gürcüstanın Nazirlər Kabineti Böyük Britaniya şirkətləri ilə məsləhətləşmələr aparıb.

Baş nazir mayın 31-dən iş şəraitinin yaxşılaşdırılmasını tələb edən “Borjomi” işçilərinin tətilinə də toxunub. Qaribaşvili vurğulayıb ki, dövlət rəsmi olaraq şirkətin ortaq mülkiyyətçisi olduqdan sonra bütün problemli məsələlər həll olunacaq və heç bir işçi “həqiqətsiz” qalmayacaq.

Xatırladaq ki, aprelin 29-da “IDS Borjomi Georgia” maliyyə çətinlikləri səbəbindən Gürcüstanda fəaliyyətini dayandırdığını bildirən bəyanat yayıb. Bu vəziyyətin Ukraynadakı müharibə nəticəsində yarandığı bildirilib. Mayın 19-da “IDS Borjomi International” şirkəti “Borjomi” zavodlarının sahibi olan “IDS Borjomi Georgia”nın nəzarət paketini Gürcüstan hökumətinə təmənnasız olaraq verməyə hazır olduğunu bildirib.

“IDS Borjomi Georgia”nın 60%-i “Alfa Qrup”a məxsus olan “IDS Borjomi International”ın bir hissəsidir. Onun təsisçisi Ukraynadakı vəziyyətə görə Qərbin sanksiyalarına məruz qalmış rusiyalı iş adamı Mixail Fridmandır. “IDS Borjomi International”ın 40%-i minoritar səhmdarlara məxsusdur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir