İqtisadiyyat

SOCAR Tayvana ilk dəfə karbondan təmizlənmiş xam neft göndərib

Sharing is caring!

“CPC Corp” neft emalı şirkəti bazar günü Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Trading”dən ölkənin ilk karbon dioksiddən təmizlənmiş xam neft yükünü qəbul edib.

Bu barədə CPC neft emalı şirkəti açıqlama yayıb.

Qeyd olunub ki, Tayvan 2050-ci ilə qədər dekarbonizasiyanı hədəflədiyi üçün neft emalı zavodu könüllü karbon əvəzləmələri vasitəsilə öz karbon izini azaltmağa çalışır.

Təxminən 1,05 milyon barel həcmində “Azeri Light” markalı Azərbaycan nefti Tayvana çatdırılıb.

Bildirilir ki, istixana qazı emissiyaları “Verified Carbon Standard” (VCS) tərəfindən sertifikatlaşdırılmış karbon kvotaları (kreditləri) ilə kompensasiya edilib. İstixana qazları tullantıları “Deloitte” və “Siglar Carbon” şirkətlərinin dəstəyi ilə hesablanıb.

Məlumata görə, “SOCAR Trading” VCS-nin qeydiyyatdan keçmiş karbon tullantılarının tədarükü və ləğvini təşkil edib və strukturlaşdırıb. Ancaq şirkət təzminatın dəyərini açıqlamayıb.

CPC şirkəti əlavə edib ki, kreditlər altı ildən az əvvəl verilib. Belə ki, bu kreditlərin əksəriyyəti əlavə İqlim, İcma və Biomüxtəliflik (CCB) akkreditasiyasına malik təbiətlə bağlı layihələrdən əldə edilib.

Qeyd edək ki, CPC şirkəti Tayvanda Taoyuan və Dalin şəhərlərində birləşmiş gündəlik emal gücü 600 min barel olan iki neftayırma zavodunu idarə edir.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir