Dünya

Bolqarıstanda böhran: Nazirlər istefa verdilər

Sharing is caring!

Bolqarıstanın “Belə bir xalq var” populist partiyasından olan energetika naziri Aleksandr Nikolov və xarici işlər naziri Teodora Gençevskaya bazar ertəsi istefa veriblər.

Bu barədə “Novinite” nəşri yazıb.

Bu istefalardan əvvəl “Belə bir xalq var” partiyasının nazirləri Qrozdan Karadjov (Regional İnkişaf və Təkmilləşmə Nazirliyi) və Radostin Vasilyev (İdman Nazirliyi) istefa veriblər. Onlar Slavi Trifonovun öz partiyasını hakim koalisiyadan çıxarmaq qərarının nəticəsi olaraq bu addımı atıblar.

“Nazir Nikolovun hökumətdən istefa verməsinin səbəbləri sırf siyasidir. O, davamçısı seçilənə qədər öz konstitusiya vəzifələrini yerinə yetirməyə davam edəcək”, – deyə Energetika Nazirliyinin bəyanatında bildirilir.

“İstefanın səbəbi “Belə bir xalq var” partiyasının öz nazirlərini hökumətdən geri çağırmaq qərarı ilə bağlıdır”, – deyə XİN-in açıqlamasında qeyd edilir.

İstefalar baş nazir tərəfindən qəbul edilməlidir və o, bu məsələni Milli Assambleyada səsverməyə çıxarmalıdır. Baş nazir daha sonra yeni nazirləri təyin edir. Bu prosedur üçün son tarix yoxdur və nazirlərin işdən çıxarılması prosesi ləngiyə bilər.

Mənbə: Evropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir