Müsahibə

Deputatdan dövlət qurumlarına ÇAĞIRIŞ: “Müharibə iştirakçılarının intiharlarına səbəb olmayın” – MÜSAHİBƏ

Milli Məclisin deputatı Elman Məmmədov Oxu.Az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. – Postmüharibə sindromu deyilən bir dövr var, bu dövrdə keçmiş döyüşçülərin intihar etməsi halları olur. Bir çox qazi, müharibə iştirakçısı sosial narazılıqlar edir. Bu etirazların səbəbini məmurların öz vəzifələrini layiqincə yerinə yetirə bilməmələrində axtara bilərikmi? – Hesab edirəm ki, nə qədər döyüşçü, qazi, […]

Müsahibə

Həkim: “Azərbaycanda meymunçiçəyi aşkarlanarsa, bunlar tək-tük hallar olacaq” – MÜSAHİBƏ

Meymunçiçəyi ilkin mərhələdə hərarətin yüksəlməsi, baş və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluğun artması ilə özünü göstərir. Daha sonra səpgi çoxala bilər; adətən üzdən başlayır və sonra cinsiyyət orqanları da daxil olmaqla bədənin digər hissələrinə yayılır. Səpgi tədricən dəyişir, qaysaq bağlayana qədər suçiçəyi və ya siflis kimi görünə bilər. Bu sözləri həkim infeksionist […]

Müsahibə

Aleksey Muxin: “Brüsseldəki görüş Moskvada qısqanclıq yaratmır” – Rusiyadan ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə keçirilən üçtərəfli görüş Rusiyada heç bir qısqanclıq yaratmır. Bunu Oxu.Az-a Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru, “Valday” klubunun eksperti Aleksey Muxin deyib: – Moskvada anlayırlar ki, tərəflər yumurtaları müxtəlif səbətlərə yığırlar. Bu görüş Rusiyanın Azərbaycanla, Rusiyanın Ermənistanla münasibətlərini […]

Cəmiyyət

Biləsuvarda traktor aşıb, xəsarət alanlar var

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib. “Report” xəbər verir ki, qəza Biləsuvar-Bəhramtəpə yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, traktor yoldan çıxaraq aşıb. Nəticədə traktorun sürücüsü, rayon sakini, N.Hümbətov və onun sərnişini xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

MARAQLI

Şirlə “zarafat” baha başa gəldi – VİDEO

Zoopark işçisinin lovğalığı barmağını itirməsi ilə nəticələnib. Dəhşətli hadisə Yamaykanın Sent-Elizabet şəhərindəki heyvanat bağçasında baş verib. Bununla bağlı kadrlarda kişinin şiri qıcıqlandırdığı görünür, qəzəblənən şir sonda onun barmağını dişi ilə tutub buraxmır. Məsələ buraslndadır ki, kişi yerə yıxılana qədər zooparkda olanlar bunu şounun bir hissəsi kimi başa düşüblər. Məlumata görə, onun adsız barmağı qopub. Mənbə: Daily Mail […]

Cəmiyyət

Ata səhvən oğlunu ÖLDÜRDÜ

Lənkəran rayonunda 9 yaşlı uşaq ehtiyatsızlıqda yük avtomobilinin altına yıxılıb, aldığı xəsarətlərdən xəstəxanada ölüb. “Report” xəbər verir ki, hadisə Bəliton kənd ərazi vahidliyinə daxil olan Horavenc kəndində qeydə alınıb. Belə ki, Bəliton kənd sakini, 1979-cu il təvəllüdlü Zöhrab Ağahüseyn oğlu Quliyev idarə etdiyi “Zil-131” markalı avtomobillə ot bağlamalarını gətirmək üçün qonşu Horavenc kəndinə gedib. Oğlu, […]

Cəmiyyət

Nazir Rəşad Nəbiyev Estoniya parlamentinin sədri Yuri Ratasla görüşüb – FOTO

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Görüşdə iki ölkə arasında kibertəhlükəsizlik, informasiya texnologiyaları və dəmir yolu sahələrində potensial əməkdaşlıq məsələləri müzakirə olunub. Xeberal.az

Cəmiyyət

Tarix-mədəniyyət abidələri özəlləşdirilə bilər? – AÇIQLAMA

Ölkəmizdə elə tarixi-mədəni abidələr var ki, vətəndaşlarının xüsusi mülkiyyətindədir. Həmin tarixi əhəmiyyətli abidələrdən müxtəlif insanlar ictimai-iaşə obyekti kimi istifadə edir. Bəs tarix-mədəniyyət abidələrinin şəxsi mülkiyyətə verilməsi hansı halda mümkündür? Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova Trend-ə bildirib ki, tarix […]

Cəmiyyət

Bir qəbirə iki nəfəri dəfn etmək olarmı? – AÇIQLAMA

Bu gün insanların dəfn olunması məsələsi ətrafında bəzi suallar hələ də cavabsız qalır. Məsələn, dünyasını dəyişən iki yaxın insan eyni qəbirdə basdırıla bilərmi? Birmənalı olaraq hər birimiz “yox” cavabını verərik. Amma Azərbaycanın bəzi bölgələrində belə bir maraqlı dəfn adəti varmış. Belə ki, bir qəbirin içərisində iki nəfər dəfn edilir. Məsələn, ananın qoynunda balasını, xanımın qoynunda […]

Cəmiyyət

“Sovetski” elit yaşayış məhəlləsinə çevriləcək – TƏFƏRRÜAT + FOTO

Bakının Yasamal rayonu, Mərkəzi Parkın yaxınlığında, əvvəllər “Sovetski” kimi tanınan ərazidə yeni elit binalar kompleksinin tikintisi planlaşdırılır. Caliber.Az xəbər verir ki, bu barədə Fed.az məlumat yayıb. Məlumata görə, tikinti işləri geniş ərazini – şərqdə Şıxəli Qurbanov küçəsindən (Nizami metrosu) qərbdə Abdulla Şaiq küçəsinə qədər, cənubda Süleyman Rəhimov küçəsindən şimalda Fuad İbrahimbəyov küçəsinə qədər olan ərazini […]