Cəmiyyət

Biləsuvarda traktor aşıb, xəsarət alanlar var

Sharing is caring!

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.

“Report” xəbər verir ki, qəza Biləsuvar-Bəhramtəpə yolunun Nərimankənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, traktor yoldan çıxaraq aşıb. Nəticədə traktorun sürücüsü, rayon sakini, N.Hümbətov və onun sərnişini xəsarət alıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir