İqtisadiyyat

Kriptovalyutaların ucuzlaşmasının Azərbaycanda əks-təsiri: “Balansım 8000-dən 4500 dollara düşdü” – FOTO

Dünya bazarında kriptovalyutaların sürətlə ucuzlaşması Azərbaycan bazarına da təsirsiz ötüşməyib. Kriptovalyuta üzrə ekspert Elnur Quliyev “Report”a bildirib ki, bir həftədir ki, kriptovalyuta bazarında qiymətlərin düşməsi müşahidə edilir. O hesab edir ki, bunun əsas səbəbi ABŞ-da inflyasiyanın 8 %-dən yuxarı olmasıdır: “Son 2 gündə kriptovalyuta bazarında qiymətlərin 30-50 % civarında düşməsi “Terra Luna” şirkətində yaranmış problemlə bağlıdır. Məlumdur ki, şirkət kriptovalyuta saxlayanlar sırasında […]

İdman

Azərbaycanın iki boksçusu Fərqanədə finala çıxdı

Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilir. Oxu.Az xəbər verir ki, beş ölkədən 164 idmançının qatıldığı yarışda Azərbaycan millisinin dörd üzvü final üçün rinqə çıxıb. Boksçularımızdan Tağı Nəsibov (-50 kq) özbəkistanlı Şahbaz Erqaşevlə üz-üzə gəlib. Rəqibini məğlub edən həmyerlimiz finala yüksəlib. Onun uğurunu Məhəmmədəli Aşurəliyev (-54 […]

Siyasət

Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiya yaratdı

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiya yaradılıb. Ölkənin Nazirlər Kabinetindən verilən məlumata görə, müvafiq fərmanı respublikanın baş naziri Nikol Paşinyan imzalayıb. Komissiyaya baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək. Həmçinin, komissiyanın tərkibinə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəetmə və infrastruktur nazirinin […]

Cəmiyyət

Yük maşını aşdı, sürücü içəridə qaldı

Xızıda yük maşını aşıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Sitalçay kəndində “Shacman” markalı yük avtomobilinin yol kənarına aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Xeberal.az

İdman

Azərbaycan çempionu dəyişdi – FOTO

Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Şahmat Federasiyasından Oxu.Az-a verilən xəbərə görə, yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal toplayıb və karyerasında ilk dəfə qadınlar arasında Azərbaycan çempionu olub. Turnirin sürpriz iştirakçısı Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib. Nəticədə Ləman Hacıyeva 4,5 xalla karyerasında […]

Cəmiyyət

Bakıda “Prius” YPX avtomobilinə ÇIRPILDI: Yaralanan var

Bakıda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə qəza baş verib. Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında aeroport yolu istiqamətində qeydə alınıb: “Toyota Prius” markalı avtonobil yol kənarında dayanmış YPX avtomobilinə çırpılıb. Nəticədə həmin avtomobilin sürücüsü və […]

Dünya

Ermənistan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Mayın 23-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tərəflər 10 noyabr, 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının icrasını müzakirə ediblər. Həmçinin, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması […]

Siyasət

Azərbaycan hərbçiləri İzmirdə tapşırıqları icra ediblər – FOTO/VİDEO

Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimi davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, beynəlxalq təlimin planına əsasən hərbi qulluqçular tapançadan, müxtəlif çaplı atıcı silahlardan və pulemyotlardan praktiki atışlar yerinə yetiriblər. Bundan başqa, yaralanan hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təhlükəsiz şəkildə təxliyə olunması, eləcə də axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqlar uğurla icra olunub. […]

Cəmiyyət

Bakıda binaya atəş açılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Bakının Xətai rayonu, Gəncə prospekti 39 ünvanında yerləşən “Xətaipark” kompleksində binanın 10-cu mərtəbəsində yerləşən mənzilin pəncərəsinə güllə dəyməsi ilə bağlı iddia yayılıb. Qeyd olunub ki, bu hal daha əvvəl də yaşanıb. Məsələ ilə bağlı Qafqazinfo.az-ın sorğusunu cavablayan DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisənin ehtiyatsızlıqdan baş verdiyini açıqlayıb. “Bəzi sosial şəbəkə səhifələrində […]

Siyasət

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb – SİYAHI

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət […]