Cəmiyyət

Bərdədə qəzada sürücü həlak olub – FOTO

Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Qarayusifli kəndindən keçən hissəsində qeydə alınıb. 09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü Cəlil Hacıyev idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

İşdən çıxarılmış keçmiş prokurora yeni VƏZİFƏ VERİLDİ – FOTO

Azərbaycanda tanınmış sabiq prokuror Tariyel Qurbanova yeni vəzifə verilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, o, Abşeron rayon prokurorunun böyük köməkçisi təyin olunub. Qeyd edək ki, T.Qurbanov Qaradağ və Hacıqabul rayonlarının prokuroru olub, eyni zamanda, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının […]

Dünya

Rusiya Gürcüstanla quru sərhədini açdı

Rusiya Gürcüstanla quru sərhədini açıb. Bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalında sərəncam dərc olunub. Sənədə əsasən, artıq quru sərhədlərindən Gürcüstana getmək üçün artıq əsaslandırma tələb olunmur. Qeyd edək ki, bunədək Rusiyanın Gürcüstanla quru sərhədini keçmək üçün səfərin məqsədinin təhsil, iş, müalicə və ya digər üzrlü səbəblər olduğunu sübut etmək tələb olunurdu. Sözügedən məhdudiyyətlər Rusiya […]

Dünya

Türkiyə Ağrı dağı əməliyyatına başladı

Türkiyə Daxili İşlər Nazirliyi Ağrı dağı bölgəsində xüsusi antiterror əməliyyatına başlayıb. Tədbirə ölkənin Milli Kəşfiyyat Təşkilatından (MİT) gələn məlumatlara əsasən start verilib. Kəşfiyyatçılar bölgəyə İrandan gələn terrorçuların sızması ilə bağlı müvafiq qurumları xəbərdar ediblər. Jandarm və təhlükəsizlik qüvvələrinin birgə əməliyyatlarına 915 şəxsi heyət (52 əməliyyat qrupu) cəlb edilib. Artıq əməliyyatın ilk günündə mağarada gizlənən bir […]

Cəmiyyət

Nazir Türkiyədə çalışan və təhsilini davam etdirməkdə olan azərbaycanlı həkimlərlə görüşüb – FOTO

Bu gün Ankarada yerləşən Şuşa Konfrans Zalında Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Türkiyədə çalışan və ya təhsilini davam etdirməkdə olan azərbaycanlı həkimlərlə görüşü keçirildi. Görüşdə səfir Rəşad Məmmədov açılış çıxışı edərək, Türkiyədəki azərbaycanlı həkimlərin istər 44 günlük […]

Cəmiyyət

Altı yaşlı uşağı it dişlədi

Zaqatalada 6 yaşlı uşağı it dişləyib. Qafqazinfo.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Gözbarax kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Həsənov Məhəmməd Bəhruz oğlu sol çiyinin it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.  6 yaşlı Məhəmməd Həsənova lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra xəsarəti yüngül olduğu üçün ambulator müalicə […]

Cəmiyyət

Bakıda güclü YANĞIN – VİDEO

Bakıda güclü yanğın hadisəsi baş verib.  Oxu.Az xəbər verir ki, bu barədə sosial mediada videogörüntülər yayılıb.  Bildirilib ki, yanğın Mərkəzi Parkda, köhnə “Sovetski” məhəlləsində qeydə alınıb.  Həmin görüntüləri təqdim edirik: Xeberal.az

İdman

Rafael Ağayev: “Mükafatın adından da bəlli olduğu kimi, ədalətli olub” – AÇIQLAMA

“Ədalətli Oyunlar Komissiyasının tədbirindən xəbərim vardı, ancaq mənə mükafat veriləcəyindən xəbərim yox idi. Bu mükafatın mənə verilməsi mənim üçün bir şərəfdir. Mükafatın adından da bəlli olduğu kimi, ədalətli olub. Bildiyim qədəri ilə səsvermə ilə mən seçilmişəm. Xalqın gözü tərəzidir. Şadam ki, hələ də xalq tərəfindən sevilirəm. Hər bir idmançıya bu mükafatı arzulayardım”. Bunu Oxu.Az-a açıqlamasında […]

Müharibə

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki,  bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.   Xeberal.az

Cəmiyyət

Azərbaycanda buğda qıtlığı yarana bilər? – VİDEO

Ukraynadakı hərbi əməliyyatlardan sonra Rusiya və Qazaxıstanın taxıl məhsullarının satışına məhdudiyyət qoyulması Azərbaycanda ərzaqlıq buğdaya olan təlabatın ödənilməsini xeyli çətinləşdirmişdi.  Təqribən bir ay əvvəl rəsmi Bakı buğda və digər taxıl məhsullarını idxal etmək üçün əsas alternativ kimi Hindistanı görürdü.  Lakin mayın 16-da Hindistanın sənaye və ticarət naziri buğda ixracatının qadağan edildiyini elan etdi. Dehlinin yeni […]