Cəmiyyət

Bərdədə qəzada sürücü həlak olub – FOTO

Sharing is caring!

Bərdədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Qarayusifli kəndindən keçən hissəsində qeydə alınıb.

09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü Cəlil Hacıyev idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir